azia.az
azia.az

Bu marşrut xəttinin fəaliyyəti bərpa edildi

9-09-2021, 19:25

Bu marşrut xəttinin fəaliyyəti bərpa edildi
Bakının Xəzər rayonunun Binə qəsəbəsində vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilir.

Bu barədə Azia.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, qəsəbəsin mərkəzi ilə Sovxoz yaşayış sahəsini əlaqələndirən marşrut xətti üzrə avtobuslar sabahdan sərnişinlərin xidmətində olacaq.

Marşrut xətti üzrə gediş haqqı 30 qəpik olacaq, ödəniş nağdsız formada “BakıKart” vasitəsilə aparılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi