azia.az
azia.az

AZTV Alışanovun vəzifəsini azaltdı - Aztv-də təmizləmə

1-09-2021, 13:48

AZTV Alışanovun vəzifəsini azaltdı - Aztv-də təmizləmə
Uzun illər Azərbaycan Televiziyasının (AzTV) Baş proqram direktoru olmuş İlham Alışanov vəzifəsindən çıxarılıb.

Azia.az xəbər verir ki, bu barədə Konkret.az-a AzTV-dəki mənbələrdən məlumat daxil olub.
AZTV Alışanovun vəzifəsini azaltdı - Aztv-də təmizləmə

İlham Alışanov televiziyada bədii komissiyanın rəhbəri təyin olunub. Qeyd edək ki, bu komissiyaya Telli Pənahqızı başçılıq edib. Məlumat üçün bildirək ki, Baş Proqram direktorluğu televiziyanın fəaliyyətini tənzimləyir. Qurumun tərkibinə “Proqramlaşma, planlaşma və analitik”, “Buraxılış və əlaqələndirmə” şöbələri daxildir.

Müğənni Mehin Hümbətova da televiziyadan uzaqlaşıb. O, AzTV-dən öz ərizəsi ilə çıxdığını deyib: “Verilişin yayımı dayanmır, bütün işçi heyəti işdən çıxdığına görə onları yarıyolda qoymamaq üçün ərizəmi yazıb çıxdım. Növbəti pulsuz çalışan komandaya uğurlar arzu edirəm”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi