Tanınmış şairin qızı İTV-dəki vəzifəsindən uzaqlaşdırıldı
Görkəmli şair Məmməd İsmayılın qızı İntizar İsmayıl İTV-dəki vəzifəsindən azad olunub.
Gün.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə İntizar İsmayılın özü məlumat verib.
İntizar İsmayıl deyib ki, işdən çıxarılmasına səbəb atasının AzTV-nin rəhbəri Arif Alışanov haqqında verdiyi açıqlama olub. Məhz bu açıqlamadan sonra onunla bağlanan müqaviləyə xitam verilib.
İntizar İsmayıl İTV-də böyük redaktor vəzifəsində çalışırmış.
Xatırladaq ki, görkəmli şair, 1992-1993-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin sədri vəzifəsində çalışmış Məmməd İsmayıl AzTV sədri Arif Alışanovu nəzərdə tutaraq bildirmişdi ki, mühasibdən televiziya rəhbəri olmaz.