ŞOK İDDİA: Ermənistan Kərkidən "imtina etdi"
Erməni jurnalist Nairi Hokhikyan Kərki kəndi ilə bağlı maraqlı iddia ilə çıxış edib.
Azia.az xəbər verir ki, onun iddiasına görə, 2019-cu ildə Yerasx-Gorus və Ermənistan-İran dövlətlərarası avtomobil yolu təmir edilərkən bu istiqamətdə yerləşən, Kərki yolundan yan keçilib.
“SSRİ xəritələrində Azərbaycan anklavı hesab olunan Kərkidən keçən və uzunluğu 3 kilometrə çatan yolda heç bir iş görülməyib. Lakin 3 kilometrdən sonra təmir işləri yenidən davam edib” - deyə o bildirib.