Sərxoş hərbçi avtomobilini qırıcı təyyarəyə çırpdı - FOTO
Ukraynada hərbi hava qüvvələrinə məxsus bazalardan birində qəribə hadisə baş verib.![]()
Milli.Az xəbər verir ki, Kiyev yaxınlığında yerləşən Vasilkov aviabazasında hərbçilərdən biri sərxoş vəziyyətdə idarə etdiyi avtomobilini aerodromun gözləmə zolağında dayanmış MİG-29 tipli qırıcı təyyarəyə çırpıb.
Nəticədə qırıcıya ciddi ziyan dəyib. Hərbçi müxtəlf dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib. (publika.az)