azia.az
azia.az

Baş nazir müavinin Bakıdan qazandığı milyonlar-dərman biznesinin xanım “krışası”...

30-08-2020, 12:30

Baş nazir müavinin Bakıdan qazandığı milyonlar-dərman biznesinin xanım “krışası”...
Rusiyanın koronavirus əleyhinə “Sputnik V” vaksininə dünyanın bir sıra ölkələri ehtiyatla yanaşır. Ümumdünya Səhiyyə Təşkilatı da hələ ki, vaksini koronavirus əleyhinə effektli peyvənd olması barədə rəy verməyə tələsmir. Rusiya isə başda prezident Vladmir Putin olmaqla (məlumdur ki, prezidentin qızı da vaksin sınağında könüllü iştirakçı olub) peyvəndi reklam edir.

Buna paralel olaraq Rusiyanın əleyhinə dünya miqyasında xeyli tənqidlər də səslənir. Bu tənqidlərdə Rusiya “Sputnik V” vaksinin fəsadlarını kifayət qədər öyrənməməkdə ittiham edilir.
Məlumdur ki, bir gün əvvəl Rusiyanın vaksinini ilk idxal edən ölkə Belarus olacaq. Bu məsələyə dair Belarus və Rusiyanın dövlət başçıları artıq razılıq əldə ediblər. Bundan başqa bəzi ölkələr Rusiya istehsalı vaksinlə maraqlandığını gizlətmirlər.

Rusiya baş nazirinin sosial məsələlər üzrə müavini Tatyana Qolikova Rusiya Xarici İşlər Nazirliyinə istinadən deyib ki, 27 ölkə koronavirusa qarşı Rusiya vaksinini almaq istəyir. Bu ölkələr arasında Qolikova Azərbaycanın, Belarusun, Braziliyanın, Venesuela və Qazaxıstanın adlarını çəkib.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə “Turan”a bildirib ki, xarici işlər naziri Ceyhun Bayramov Moskva səfərində bu barədə TASS-a danışıb. Nazir diqqətə çatdırıb ki, Azərbaycan ÜST-ə üzv dövlət kimi yeni tip virusun yox olmasında və vətəndaşların sağlamlıqlarının qorunmasında onların tövsiyə və metodlarına diqqət verir. ““Sputnik V” vaksinin ilk növbədə ÜST tərəfindən tanınması üzrə zəruri prosedurlar başa çatan kimi rusiyalı həmkarlarla bu sahədə əməkdaşlıq təklifinə baxa bilərik. Şübhəsiz ki, ÜST tərəfindən tanınmış effektli bir vaksinin hazırlanması pandemiya ilə mübarizədə güclü vasitə ola bilər” deyə, nazir bildirib. Göründüyü kimi, Azərbaycan tərəfi vaksin üçün hansısa razılaşma və ya müraciət təklif etməyib.

Musavat.com qeyd edir ki, Rusiya peyvənddən əvvəl də koronaviruslu xəstələrə təyin olunan “Arbidol”u Azərbaycan da daxil bir sıra ölkələrə satıb ki, buradan rekord gəlir əldə edilib. İlin ilk beş ayında olan məlumata görə, preparatdan gələn satış 2,7 milyard rubl təşkil edib.

Rusiyada bu preparatın istehsalı ilə məşğul olan əczaçılıq firmalarının başında çox nüfuzlu və imtiyazlı şəxslər durur. Onların sırasında isə baş nazirin xanım müavini Qolikovanın adı ilk sırada gəlir.



“Arbidol”un da populyarlaşmasında sabiq səhiyyə naziri olan, baş nazirin hazırkı sosial məsələlər üzrə müavini Qolikovanın xüsusi səyləri olduğu deyilir. Tatyana Qolikova hələ 2007-ci ildə Rusiya Federasiyasının səhiyyə və sosial inkişaf naziri işlədiyi vaxt “Arbidol” qrip və ümumi soyuqdəyməyə qarşı dərman kimi tövsiyə edib. Bundan sonra “Arbidol”un satışları (dövlət satınalmaları da daxil olmaqla) 100 dəfə artıb və pul baxımından hər il təxminən 5 milyard rubl gəlir gətirib. Yeri gəlmişkən, bəziləri "Arbidol"u zarafatla FUFLOmisin adlandırırlar, çünki iddialara görə, dərmanın klinik effektivliyi hələ də sual altındadır.
Baş nazir müavinin Bakıdan qazandığı milyonlar-dərman biznesinin xanım “krışası”...
Bildirilir ki, Rusiyanın sabiq sənaye və energetika naziri (indiki Sənaye və Ticarət Nazirliyi adlanır) Andrey Reus baş nazir müavininin keçmiş əridir. Həm Andrey Reus, həm də onun müavini olmuş Andrey Dementiyev uzun illərdir əczaçılıq biznesindədir. Onların ortaq qurduqları "Generium" şirkəti hazırda ilk yerli sürətli COVİD-19 testinin də Rusiyada rəsmi istehsalçısıdır. Bu testlər 94% -dən çox dəqiqliklə 40 dəqiqə ərzində koronavirusun mövcudluğunu müəyyənləşdirir. Bu günə qədər test üçün dövlət satınalmaların həcmi demək olar ki, 300 milyon rubldan çoxdur.
Bu baxımdan Qolikovanın Azərbaycanı da vaksinə müştəri siyahısına daxil etməsi başadüşüləndir. Söhbət milyonlardan gedir axı...

Orxan ƏLİYEV,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi