Jurnalist Əntiqə Rəşid haqq etdiyi qələbəsinin sevincini yaşayır!!!!
Jurnalist Əntiqə Rəşid haqq etdiyi qələbəsinin sevincini yaşayır!!!!
Teref.az yazır ki, bu gün Qarabağ qaçqını, qazi xanımı olan və 15 il "Qarabağ" qəzetində çalışmış Əntiqə Rəşidin axır ki, 8 ay 22 gün çəkmiş mübarizəsi onun qələbəsi ilə başa çatdı.
Yasamal Rayon Məhkəməsinin hakimi Toğrul Axundovun qəbul etdiyi ədalətli qərarla, Qarabağ qəzetinin Baş Redaktoru Çingiz İsmayılovla. qəzetin əməkdaşı Əntiqə Rəşidin arasında olan münaqişəyə ədalətli sonluğuna nöqtə qoyuldu.
Teref.az Əntiqə xanımın duyğusal müraciətini təqdim edir!
"Qarabağ" qəzetindən işdən cıxarılanda ağlıma gələn ilk şey o oldu ki, mən ora qayıtmalıyam!Çünki Qarabağdan da çıxarılmışdım və 28 ildi ora dönə bilmirdim...Bu balaca"Qarabağ"a qayıtmaq, Böyük Qarabağa qayıtmağın ümid işığıydı.
12 noyabr C. İsmayılov məni işdən cıxmağ protokolunu hazırlatdırdı. 14 isə əmrimi verdi. Hətta 12-də polisə əmr elədi ki Əntiqəni Az. Nəşriyyatına buraxma!
İşdən çıxarıldım. Bunların fikri məni yalvartmaq, işsizliklə, çörəklə imtahan etmək , sındırmaq. əzmimi qırmaq idi...Deyirlər eee, ac qılınca capar)))O fikirlə edirdiler bunu...
Belə bir zamanda -2007-2010-cuillərdə mütəmadi yazılar verib qonarar aldığım redaksiyaya üz tutdum. "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay xanıma və təsisci Aqil Abbasa iş üçün müraciət etdim.18-də "Ədalət"də işə başlamağıma qərar verdilər. Bu səbəbdəndə sabiq baş redaktorun "sındırmaq"planı həyata kecmədi. Həm də mənim evim cöreksiz qalmadı! Üstəlik üzərimə basqılar səngidi! "Ədalət" qəzeti məni sınmağa qoymadı. Kollektiv də məni mehribancılıqla qarşıladı. Bunları ölən günə qədər unutmaram! Təşəkkür edirəm!
2-ci Məhkəmə proseslərimin ictimaiyyətə catdırılmasına , vətəndaşların məlumatlandırılmasına dəyəri milyonlarla ölcülməyəcək qədər vacib videoreportajların cəkilməsində böyük əməyi olan müstəqil jurnalistlər: Ferqane Muradovanın, Gulnaz Qanbarlinın, Pərvin Abışovanın, Avaz Hafizlinin sizlərin haqqını heç nə ilə ödəmək mümkün deyil!. Əziz dostlar məhz sizin cəkilişlərinizin hesabına cəmiyyət silkələndi, düzü əyridən, haqlını haqsızdan secdi, Sabiq baş redaktora qarşı etirazlar, narazıcılıq o kadrlardan sonra gücləndi! Əbəs yerə demirlər ki, jurnalistika 4-cü hakimiyyətdi! Allah sizləri qorusun! Hər zaman bax beləcə uğurlu işlərlə dəyərli, sevilən isimlərdən olun!
O cümlədən mənim haqqımda ən xırda haqsızlığı saytlarında dərc edən bütün sayt rəbərlərinə, o cümlədən, Xaqani Adaboglu Rzaqulibey, Rovshan Kebirli, Rumiyye Miraslan, Nureddin Xoca, Afqan Qafarli, Şirin Ceferi, Elshen Elisoy adını cəkə bilmədiyim digər həmkarlarıma dönə-dönə təşəkkür edirəm. Siz yazılarınızla hadisələri kökünə qədər araşdırdınız, həqiqəti , ortaya qoydunuz. Təşəkkür edirəm!
Məhkəmə proseslərində məni tək qoymayan Ilqar Mahmud, Ilqar Atakishiyev, Rada Abbas, Tahir Mirze, lqar Əli, Sevinc Mirzeyeva, Abbas Hüseyinli, Elnur Səlim, Salman Hüseynov , Tahir , Əli Yunusov. Fərəc Kerimli və digərlərinə dərin təşəkkürümü bildirirəm!
FB-da yüzlərlə, minlərlə dostum mənə qarşı hücumlara layiqincə, iclərindən gəldiyi kimi, inandıqları kimi cavab verdilər! Onların sayəsində, Şəxsiməünvanlanmış şər və böhtan kampaniyasının qarşısı alındı! Təşəkkür edirəm!
Əzizlərim, bu müddətdə mən sizləri tanıdım, özümə doğma bildim, sizlərə sığındım, köməyiniz sayəsində hamımızın ürəyimizdə tutduğumuz arzumuz reallaşdı. Əziz dostlarım müdafiə etdiyiniz haqq qalib oldu! Siz qazandınız!Köməyiniz sayəsində bütün cəmiyyət bir mesajda aldı! Haqq nazilər üzülməz!
Allah sizləri qorusun!Hər birinizin qarşısında baş əyirəm, Haqqın bir adıda Allahdı, yaxudda əksinə!Allahını tanıyanlar, Haqqın yanında olanlar! Nə yaxşı ki varsınız!
Hər birinizə canım qurban!
Bizdə Azia.az ailəsi olaraq Əntiqə xanımı haqq ədalətin gecdə olsa yerini tapması münasibəti ilə təbrik edirik!
Teref.az