Klimaks əlamətləri sizi qorxutmasın - Yüngül keçirmək üçün alman metodu
Klimaks əlamətləri sizi qorxutmasın - Yüngül keçirmək üçün alman metodu
Qız uşaqlarında yumurtalıqda təxminən ovulyasiya edə biləcək 450 ədəd follikul olur. Orta hesabla 12- 13 yaşdan 55 yaşa qədər hər ay bir neçə follikul böyüyür, dominant follikul əmələ gəlir, ovulyasiya baş verir və mayalanma baş verməzsə proses menstruasiya ilə başa çatır.
Yaş artdıqca bu follikulların sayı azalır. Beləliklə, təxminən 40 yaşdan sonra qadın orqanizmində hormonal disbalans baş verir.
40 yaşdan etibarən, bütün endokrin vəzlərin və yumurtalıqların işini istiqamətləndirən hipotalamusda yaşa bağlı ilkin dəyişikliklər görünür. Neyro-endokrin-vegetativ dəyişikliklər başlayır. Yumurtalıqların işi tədricən azalır və qadınların 60-80% - də menopauza inkişaf edir.
Klimaksın ən çox rast gələn əlamətləri:
• İstibasmalar
• Yuxusuzluq
• Tərləmələr
• Başgicəllənmə
• Oyanıcılıq
• Miqrenəbənzər baş ağrıları
• Depressiya
• Sidik saxlaya bilməmək
• Osteoporoz
• Vaginal quruluq və s.
İstibasmalar klimaksın ən çox yayılan və qadınları ən çox narahat edən əlamətidir. İstibasma – klimaks dövründə qadın orqanizminin hormonal yenidən qurulmasının əlamətidir. İstibasmalar bədənin yuxarı hissəsində: üzdə və döş nahiyəsində istilik hissi, tərləmə və ürəkdöyünmə ilə müşayiət olunur.
Bəzən tutmalar başgicəllənmə, səbəbsiz həyəcan, təngnəfəslik və zəifliklə özünü biruzə verir. İstibasmalar adətən 30 saniyədən 3 dəqiqəyə qədər, nadir hallarda 30 dəqiqəyə qədər davam edir və tez-tez titrətmə tutmaları ilə başa çatır. İstibasmalar öz –özlüyündə sağlamlıq üçün təhlükəli deyil, amma qadını çox narahat edir.
Gecə istibasmaları yuxusuzluq yaradır. Üzücü istibasmalar yorğunluğa, əsəbiliyə, əhvalın pozulmasına və özünə qiymətin aşağı düşməsinə səbəb olur. İstibasmaların baş vermə müddəti individualdır və menopauzanın başlanma müddətindən asılıdır. Əksərən qadınlar bununla klimaksın başlanğıcında rastlaşırlar, 45-55 yaş arasında. İstibasmalar orqanizmin az miqdar estrogenə adaptasiyası ilə adətən öz-özünə keçir. Çox hallarda birinci və axırıncı istibasmalar arasında 1 ildən 3 ilə qədər vaxt keçir. Bəzən 5- 10 ilə qədər, nadir hallarda ömür boyu davam edir. İstibasmaları dərinləşdirən səbəblər hansılardır?
Bu bir tərəfdən genetikadan, digər tərəfdən həyat tərzindən çox asılıdır. Belə ki, stress, narahatlıq, güclü emosional reaksiyalar, qan dövranı və ürək döyünməni artıran qida və içkilər belə səbəblərdəndir. Belə qidalara istənilən kəskin ədvalı yeməklər, çay, kofe və alkoqol aiddir. Bundan başqa artıq çəki, qapalı məkan, çox isti və ya sintetik geyim isinməyə və istibasmaların yaranmasına gətirir. Estrogen tərkibli preparat təyin etdikdə 90% hallarda klimaksın əlamətlərini tez aradan qaldırır. Amma bu preparatların həddən artıq əks göstərişləri var: hormondan asılı şişlər, qaraciyər və böyrək çatışmazlığı və s. Əlavə effektləri də unutmaq olmaz: ödem, iştahanın pozulması, artıq çəki, baş ağrısı, zəiflik, süd vəzilərinin şişkinliyi və s.
Klimaks – menopauza qadın orqanizminin fizioloji vəziyyətidir. Orqanizmin bu dövrdəki hormonal disbalansa adaptasiyasını asanlaşdırmaq və klimaksın əlamətlərini tez bir müddətdə aradan qaldırmaq üçün Klimakt-Heel preparatından geniş istifadə edilir.
Bu preparat menopauza simptomlarından – istibasma, yorğunluq, emosional qeyri-stabillik, yuxusuzluq, qorxu, həyəcan, miqrenəbənzər baş ağrıları, başhərlənmə və s. əziyyət çəkən qadınlar üçün əvəzolunmazdır. Almaniya istehsalıdır. Klimakt-Heel çoxkomponentli, nanodozalarda olan biotənzimləyici preparatdır. Yeddi komponentin unikal kombinasiyası sayəsində hormonal disbalansı tənzimləyir və adaptasiyanı asanlaşdırır.
Qəbul qaydası: 1 tab-ilk günlər, gündə 6-8 dəfə
Sonra 1 tab – gündə 3 dəfə, dil altına, yeməkdən 30 dəq əvvəl və ya 1 saat sonra.
Preparatın heç bir əlavə təsiri, əks göstərişi yoxdur.
Aygün Musayeva
Medicina.az