azia.az
azia.az

PARLAMENTDƏN SƏNGƏRƏ...

3-06-2020, 15:24


Hansı biriniz generallarımıza qoşulub-səngərlərə getmisiz?.. Və yaxud respublikanın hərbi komissarlıqlarında gedən oyunlardan danışmaq üçün xəbəriniz varmı?.. Akademik Ziya Bünyadovun ayaqlarına dolanan ilan MN-də yox, ölkə parlamentində dolanmışdı.
PARLAMENTDƏN SƏNGƏRƏ...
Yenixeber.org: Yeni seçilən deputatlardan biri məni başa salmağa çalışırdı ki, parlamentin üzvü, 52 saylı Quba Rayon Seçki Dairəsindən deputat seçilən Vahid Qazıməhəmməd oğlu Əhmədovun məclisdəki ölkənin MN-nə sərt bəyanatı adi, təsadüfi bir çıxış idi... Amma bilmək lazım idi ki, onun sərt mövqeyindən sonra mən və mənim kimilər yəqin etdilər ki, ölkədə Pandemiyanın 1-ci dalğası, mərhələsi deyəsən tamamlandı. Keçdik 2-ci dalğaya... Deputat V.Əhmədov təsadüfi deputat deyil və danışdığı söz də təsadüfi deyil. Müşahidələrimə görə o, həmişə uzaq vuran, hədəfini uzaqdan seçən artilleriya olub. Mən nə onu, nə də ona hücuma keçən deputatları, onların dediklərini yada salmaq istəmirəm. Deputat V.Əhmədovun sözlərindəki həyəcanda vətənə, ölkəyə, millətə, torpağa, ölkə başçısına sədaqətlə xidmət dayanır. Bu yaxınlarda eşitdim ki, məsələn Qazaxıstanda MN-nin xəttilə xarici ölkələrin birindən küllü miqdarda top mərmisi alıblar. Mərmilərin tam məxfi sayılan kodlarını kimsə açıb... və məlum olub ki, top mərmisinin hamısı saxta olub, mərmilərin heç biri ələ gəlməyib... Orduda belə şeylər olur... Bəs onda hansı deputatımız möhtərəm Paşinyanın qohumu çıxdı? Və yaxud Paşinyan baş nazir seçilərkən ona təbrik teleqramı göndərən deputat kim idi? (Hər halda teleqram gecikmişdi)...

Deputat V.Əhmədovun xəbərdarlığında belə bir fikir var idi ki, cənab generallar Ermənistanla, işğal olunmuş ərazilərimizlə bağlı heç bir araşdırma, kəşfiyyat işi aparmayıb, kəşfiyyat planınız yoxdur. İnformasiyanız heçə bərabərdir. Nə üçün? Bəs deyilmi internet saytları ilə bağlı yığıb-yığışdırdığınız məlumatlar? Prezidenti aldatmaq olarmı? Axı nə qədər?..

Əldən gedən Şuşa haqqında, onun bugünkü durumu haqqında hansı məlumatınız var?

Məsələn qondarma Talış-Muğan Respublikasının “Baş biləni” (ermənilər ona belə deyir). Əlikram Hümmətova Şuşada hansı vəzifə verildi?

Mən hələ də düşünürəm, özlüyümdə götür-qoy edirəm, doğrudanmı ulu öndərimiz Heydər Əliyev öz əcəli ilə vəfat etdi?..

Yadıma Heydər Əliyevlə ABŞ Təhlükəsizlik üzrə Strateji Araşdırmalar Mərkəzinin direktoru Henri Kissincerin Söhbəti düşdü. Moskvada Kissincer Heydər Əliyevin Kreml xəstəxanasında görüşünə gedərkən... ona təklif olunmuşdu ki, dağılan keçmiş İttifaqa sahib çıxsın, öhdəsinə götürsün. Amma o, imtina eləmişdi. Öz millətini, Azərbaycanı xilas etmək üçün imtina eləmişdi. Ona mane oldular. Bakıdan Moskvaya 170 min yalan və şər dolu məktub göndərildi. Vətənə gəlişinə mane olmaq üçün aeroporta maşın sürdülər. Amma o, gəldi. Naxçıvandan gəldi. Əlikramın qurduğu oyuncaq hökuməti vurub, dağıtdı... Onda torpaqlarımız əldən getmişdi. (Mən hər şeyi səthi yazıram. Çünki bu məsələ tarixdir və yenidən yazılacaq. Moskvaya göndərilən məktublar içərisində eləsi var idi ki, öyünürdülər və həya etmədən qışqırırdılar: “Biz onu... zəhərlədik...”)

Mənə deyin, hansı kəşfiyyat bunu araşdırdı, axtardı? Ona görə də həmin məsələ davam edir. Xatırladım ki, kimdə informasiya varsa, hakimiyyət də ondadır...

Məgər .düputat Vahid Əhmədov bilmir ki, MN-nun generallarının hər biri həm daxildə, həm xaricdə hörmət, ehtiram, nüfuz sahibidirlər?

Məgər deputat Vahid Əhmədov bilmir ki, MN-nin generalları Azərbaycan torpaqlarını, əsgərlərimizi... çox sevir? Generallarımızı – cənab Həsənovu, cənab Sadıqovu açıq debata çağırmaq... zəif cəhətləri qabartmaq düzgün deyildi. Bu addım parlamentə heç bir nüfuz gətirmədi. Unutmayın ki, ordumuz məhz o generalların komandanlığı altında ölkə başçısına səadqət andı içiblər. Fikrimcə hər iki general şərəf və ləyaqət sahibidirlər. Ordumuzu saxlayan, onları yedirib, içirən, onlara hərbi təhsil verən, ölkə başçısını, vətəni, torpağı sevdirən generallarımızdır. Cənab Həsənovdir, cənab Sadıqovdur, cənab Eyvazovdur, cənab Nağıyevdir, cənab Əyyubovdur, cənab Heydərovdur... Amma mənim generallarımıza suallarım var: Nə üçün parlamentin, Ali Baş Komandanın işğal olunmuş ərazilərimizdəki kütləvi qəbiristanlıqlardan (onların sayı on ikidir) xəbərləri yoxdur? Nə üçün işğal olunmuş ərazilərimizdə erməni alimlərinin bakterioloji və kimyəvi maddələr istehsal edən, öldürücü viruslar axtaran laboratoriyalardan xəbərləri yoxdur? Nə üçün işğal olunmuş ərazilərimizdə Beynəlxalq miqyaslı həbsxanalardan xəbər verilmir? Nə üçün olunmuş ərazilərimizin sularındakı xərçəng sindromlarından danışılmır?..

Ötən əsrdə Pentaqon Strateji Araşdırmalar Mərkəzi göstərir ki, yer üzündən 110 millət, xalq, etnik qrup sıradan çıxıb. Nə ədəbiyyatları qalıb, nə tarixləri, nə musiqiləri... Hər şey dağılıb, gedib. İlin sonunadək beş dalğamız var. Koronavirusdan yaxa qurtarmaq üçün beşə dalğadan keçməliyik.

Fikrimcə hərbi kəşfiyyat və əks-kəşfiyyat verilən suallara cavab tapmalıdır. Bütün bunları parlament də, Ali Baş Komandan da soruşacaq...





Tədqiqat və araşdırmalar isə getmir... Fikrimcə millətin üzümüzə gələn epidemiyalardan salamat çıxması üçün hamı... ölkə başçısının yanında olmalı, onunla tez-tez, mütəmadi görüşməli, onu dinləməlidirlər...

Çəkilən sərhədləri, qurulan hasarları uçurtmalıdırlar. Yoxsa biz bir millət kimi tarixdən silinərik, cənablar...

Deputat Vahid Əhmədovun çıxışı içimdə özüm-özümlə ekskuliziv müsahibələr yaratdı...

Xaricdən gələn qonağımla əlimdə telefon Fəxri Xiyabana girdim. Bir baş mərhum deputat Ziya Bünyadovun məzarı üstündə dayandıq, onunla yanaşı Şəmsi Rəhimovun, Afiyətdin Cəlilovun... məzarlar önünə gül dəstəsi qoyduq. Əlimdəki telefonda deputat Vahid Əhmədov ölkənin MN-nin generallarını ittiham edirdi. Mənə elə gəlirdi ki, Ziya Bünyadovun ayaqları altında qalan (heykəltəraş belə yaradıb) zəhərli ilan onu necə sancıb, öldürür. O vaxt da Ziya Bünyadov MN-ni, general Səfər Əbiyevi ittiham edirdi. Düşmənlər dərhal belə təsəvvür yaratdılar ki, Akademik Ziya Bünyadovun ölümündə MN-nin imzası var... Xeyr. Çoxsaylı strateji araşdırmalarımız göstərdi ki, Azərbaycanın MN-yi heç vaxt killer rolunu oynamayıb. Unutmayaq ki, hər birimizə atılan şər, böhtan və yalan... ölkəmizin sabahkı bağışlanmaz faciəsi ola bilər. Şərəfli, namuslu həyatları səngərlərdə keçən Heydər Əliyevin çörəyini yeyən generallarımızı, əqidəli, bir üzü, bir sifəti olan deputatlarımızı qarşı-qarşıya qoyub, pərdə arxasında müzakirələrə çıxaranlara isə belə bir mesajım var; - Millət Sizə sual verir: “Ölürük, yoxsa qalırıq?..” Beşinci, gözəgörünməz “ölüm dalğaları”nı keçə biləcəyikmi?

Azərbaycanın əsgər və zabitlərinə mesajım var. Generallarınızı sevin, onların yanında olun. Xaricdən və daxildən ölkə başçısının, onun ailəsinin əleyhinə buraxılan yalan informasiyalar Vətənə xəyanətdən başqa bir şey deyil.

Biz hələ bilmirik koronavirusun beşinci dalğasında bizi nə gözləyir...

Təhlillərimizə görə parlament də yarımçıq qalacaq, buraxılacaq. Hərbi Əks-Kəşfiyyatın tam məxfi qurumu olan “Allen and Saytt” mərkəzinin məlumatına görə Azərbaycanda 2025ci ilədək 3 milyon nəfər, Ermənistanda 2 milyon nəfər, Gürcüstanda 2 milyon 500 min nəfər insan qalmalıdır. Beynəlxalq sənədlərdə bu üç respublikanın heç birinin adı çəkilməyəcək. Bir ad olacaq: Zaqafqaziya... Artıq Pentaqon generalları üçün, xüsusi kəşfiyyat xəritələri də buraxılıb.

İşğal olunmuş torpaqlarımız həmin xəritələrdə Ermənistan ərazisinə salınıb.

Bəs, biz indi nə etməliyik, cənablar?..

Azərbaycan itirilmiş torpaqları qaytarmaq üçün “Böyük İpək Yolu”nda dayanıb millətin, özünün “Genetik xəritəsi”ni qurmalıdır. Yaşamaq üçün, tarixdə qalmaq üçün... Böyük Britaniya, Çin... Rusiya... yolunu götürməlidir. Təhlil və araşdırmalarımıza görə mən inanıram ki, Azərbaycan Prezidenri cənab İlham Əliyev məhz bu yolu seçəcək. Bu yol sınanılmış yoldur.(yenixeber.org)

Rövşən Novruzoğlu,

Milli Təhlükəsizlik məsələləri üzrə ekspert, politoloq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi