azia.az
azia.az

Vahid Əhmədov: “Məhkəmələrdə kredit borcları ilə bağlı 200 minə yaxın iş var”

12-02-2019, 12:57

Vahid Əhmədov: “Məhkəmələrdə kredit borcları ilə bağlı 200 minə yaxın iş var”
Milli Məclisin bugünkü plenar iclasdda çıxış edən deputat Vahid Əhmədov prezidentin sərəncamı ilə bank əmanətlərinin sığortalanması ilə bağlı addım atılmasına diqqət çəkdi və dövlət başçısının qərarını yüksək qiymətləndirdi.

“Prezident sərəncamı ilə əmanətlərin sığortalanması həm bank sistemində sağlamlaşmanın həyata keçirilməsinə imkan verəcək, həm də əhalinin banklara inam və etibarının artmasına səbəb olacaq”, - V.Əhmədov bildirdi. Deputat qeyd etdi ki, əmanətlərin təqribən 42 faizi 3 illik müddətinə banklara qoyulan əmanətlər idi. O, digər həlli vacib məsələyə də toxundu: “Narahatlıq doğuran daha bir məsələ dollarla olan kreditlərdir. Yəqin ki, prezident bu məsələnin həlli ilə bağlı da addım atacaq”.

V.Əhmədov ölkə prezidentə bu məsələ ilə bağlı xahişini də səsləndirdi. “Hazırda məhkəmələrdə 200 minə yaxın kredit borcları ilə bağlı iş var”-V.Əhmədov bildirdi. O, deputat həmkarı Əli Məsimli ilə birgə bank kreditləri ilə bağlı təkliflər hazırlayıb müvafiq qurumlara təqdim etdiklərini də xatırlatdı.

Deputat dedi ki, cənab prezidentin son zamanlar imzaladığı fərman və sərəncamlar alqışa layiqdir. V.Əhmədovun sözlərinə görə, yerlərdə də məmurlar əhali ilə münasibətləri elə qurmalıdırlar ki,verilən sərəncamlar icra olunsun.

E.Paşasoy


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi