azia.az
azia.az

Milyonçu Füzuli Məmmədov seçkiyə pul buraxıb? - Elkapone ilə bağlı qovğaya İSBAM rəhbəri də qoşuldu

17-02-2020, 23:13

Milyonçu Füzuli Məmmədov seçkiyə pul buraxıb? - Elkapone ilə bağlı qovğaya İSBAM rəhbəri də qoşuldu
"İki gündür ki, iş adamı Füzuli Məmmədovun mətbuat katibi Anar Həsənov ilə bəzi jurnalistlər, xüsusi ilə Samir Feyruz arasında gedən qovğanı izləyirəm. Düzünü deyim ki, yaranmış vəziyyətdən təəssüf hissi keçirirəm. Ola bilər ki, Azərbaycanda hansısa jurnalistin yazdığı yazı Anar Həsənovun xoşuna gəlməyib. Buna normal şəkildə, elə Füzuli müəllimin adına layiq olan tərzdə cavab vermək olar. Yoxsa, küçə söyüşləri, jurnalistləri "reket" adlandırmaqla yox".

Mia.az xəbər verir ki, bu sözləri İçtimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli deyiub.

İSBAM rəhbərinin sözlərinə görə, Anar Həsənov bu ritorikadan həm də ona görə uzaq olmalıdır ki, o, yalnız özünü yox, həm də böyük bir diaspor təşkilatını təmsil edir: "Onun mövqeyi Füzuli Məmmədovun iradəsinin ifadəsi kimi başa düşülür və ya yozulur. Bu adamın işi Füzuli Məmmədov ilə medianın münasibətlərini tənzimləməkdirsə, bunu etmir. Əksinə, bütün jurnalistləri Füzuli Məmmədovun üzərinə qaldırır. Onun Kanal13-ə verdiyi müsahibə doğrudan da Füzuli Məmmədovun apardığı xəttə uyğun deyil. Mənə elə gəlir ki, hörmətli Füzuli müəlim Anar Həsənovun təkəbbürünə öz nüfuznu qurban verməməlidir".

Xatırladaq ki, jurnalist Samir Feyruz Füzuli Məmmədovu fevralın 9-da keçirilmiş parlament seçkilərində bəzi namizədlərə pul buraxmaqda ittiham edib. Eyni zamanda, milyonçunun rəhbərlik etdiyi təşkilatın səfir Polad Bülbüloğluna qarşı kampaniya aparmasını iddia edib.

Qarşı tərəf isə bu və ya digər iddialaları rədd edərək, jurnalistlə yuxarıda qeyd edilən qovğanın böyüməsinə vəsilə olublar.

Mia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi