azia.az
azia.az

Ağcabədidə deputatlığa namizədi ölümlə hədələdilər - ŞOK SƏS YAZISI

15-02-2020, 14:32

82 saylı Ağcabədi Seçki Dairəsindən deputatlığa namizəd, telejurnalist, Qarabağ qazisi Sənan Abdullayev ölümlə hədələnir.
Ağcabədidə deputatlığa namizədi ölümlə hədələdilər - ŞOK SƏS YAZISI
Fevralın 11-də 82 saylı Ağcabədi Seçki Dairəsindən deputatlığa namizədlərdən 6 nəfər - Abdullayev Sənan Həsən oğlu, İbrahimov Qasım Əhməd oğlu, Əmrahlı Əkrəm Əhməd oğlu,Məmmədov Fərid Murad oğlu, Hacıbəyli Cavid İbrahim oğlu və Talıbov Hüseyn Əli oğlu bəyanatla çıxış edərək Prezident İlham Əliyevə rəsmi müraciət ediblər.

Namizədlərin kanal32.az-a verdiyi məlumatda bildirdilər ki,artıq onların rəsmi müraciətləri qəbul edilib və araşdırılması üçün nəzarətə götürülüb.Onların Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri aktlar,protokol nümunələri,foto və video faktlar araşdırlır.Təqdim olunan sənədlərin və sübutların tutarlı və dəqiq olması 82 saylı Ağcabədi Seçki Dairəsinin nəticələrinin ləğv olunması üçün hüquqi baxımdan yetərlidir.
Ağcabədidə deputatlığa namizədi ölümlə hədələdilər - ŞOK SƏS YAZISI
Elə bu məlumatlar yayılar-yayılmaz ağcabədililər arasında nüfuzunü itirmiş sabiq deputat,amma bu seçkilərdə yenidən “qutudan sağ-salamat çıxaraq” “seçilən” Tahir Rzayevin qoçuları namizədləri təhdid etməyə başlayıb.Konkret desək,82 saylı Ağcabədi Seçki Dairəsindən ən şanslı namizəd,tanınmış telejurnalist,Qarabağ qazisi Abdullayev Sənan Həsən oğlu ölümlə hədələnib.Rusiya nömrəsi ilə Sənan Abdullayevə Votsap vasitəsi ilə səs göndərən Elgün adlı şəxs geri çəkilməyəcəyi və MSK-ya şikayətləri dayandırmayacağı təqdirdə onu öldürəcəyini deyir.

82 saylı Ağcabədi Seçki Dairəsindən ən şanslı namizəd,tanınmış telejurnalist,Qarabağ qazisi Abdullayev Sənan Həsən oğlu ölkə başçısından,Baş prokurordan,Daxil İşlər nazirindən və MSK rəhbərindən üzləşdiyi vəziyyətə təcili müdaxilə olunmasını xahiş edir:“HƏYATIM TƏHLÜKƏDƏDİR!”



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi