azia.az
azia.az

Bu da İsrail dövlətinin “ədaləti” – Prezident Rivlin erməni prezidentinin yalanlarına susdu…

27-01-2020, 19:23

Bu da İsrail dövlətinin “ədaləti” – Prezident Rivlin erməni prezidentinin yalanlarına susdu…
5-ci “Xolokost”konfransında xüsusi iştirak Azərbaycanın haqqı idi, Ermənistanın yox…

Hətta ən təmkinli siyasətçilər də hiddətlənməyə bilməz İsrail dövlətinin başçılarının bu əməlinə. Yerusəlimdə 5-ci Beynəlxalq “Xolikost”konfransına Ermənistanın prezidenti Sarqsyanı da dəvət ediblər, üstəlik prezident Rivlinlə şəxsən görüşdürüblır də … Sarqsyan da fürsətdən istifadə edərək və bütün yəhudi elitasını anlamaz yerinə qoyaraq o ki var yalan nağıllar uydurub. Bütün bu yalanlara isə İsrail prezidenti Rivlin susub, bir kəlmə də etiraz etməyib ki, bu qədər yalanları bizi kim yerinə qoyaraq da danışırsan?! Sarqsyan deyib ki, Ermənistan faşizm üzərində qələbəyə böyük töhfələr verib.

Rivlin ona cavab olaraq demədi ki, Nıjde kimi “faşist qəhrəmana” heykəl qoyulmasına dözən xalq antifaşizm hərəkatlna hansı töhfələri verə bilərdi?! Sarqsyan dedi ki, Hitlerlə müharibəyə Ermənistandan 600 min adam gedib və onun 300 mini həlak olub. Rivlinin müşavirlərinin başı “harda”qarışıb ki, Sarqsyana o vaxt Ermənistanda bu qədər əskər göndərməyə imkan verən sayda əhalinin olmadığını irad tutsun?! İkinci dünya müharibəsinə məhz Azərbaycanın 600 min əskər göndərmək imkanı var idi və göndərdi də…

Hamı bilir ki , Azərbaycanın əhalisi həmişə Ermənistan əhalisindən azı 3 dəfə çox olub. Nəzərə alsaq ki, üstəlik müharibə vaxtı Ermənistan əhalisinin mühüm hissəsi – azı 550-600 mini etnik azərbaycanlılar idi, o halda Ermənistan müharibəyə 600 min adam yox , heç 600 min qoyun da göndərə bilməzdi.
Ermənilərin bu gün qəhrəma etdiyi Qaregin Nıjde, Drasmat Xanoyan kimi faşist canilərin təkcə Bolqarıstanda neçə yəhudinin qətlinə səbəb olduqlarını Sarqsyandan soruşmaq lazım idi , susmaq yox, cənab Rivlin… Sarqsyana “əlləri neçə yəhudinin qanına batmış faşistə quyduğunuz heykəli sökməkdən imtina edəndən sonra İsrailə nə üzlə gəlmisən” kimi ədalətli sualı vermək cənab Rivlinin yadına düşmədi… Sarqsyan nə konfransda çıxış edəndə, nə də Rivlinlə şəxsən görüşəndə…

Yəhudilər üçün böyük önəmi olan faşizm üzərində qələbədə xüsusi töhfə payı məhz Azərbaycana məxsusdur, Ermənistana yox… Bu töhfəni göndərdiyimiz real 600 min, itirdiyimiz 300 min əskərlə, verdiyimiz milyon tonlarla neftlə və s. qazandıq. Ən son töhfəmiz isə Hitlerə qulluq etmiş Nıjde kimi faşist canilərin cinayətlərinin Azərbaycan prezidenti tərəfindən ifşa edilməsi oldu.

Bütün bunlardan sonra gəldiyimiz real qənaət:

İsraildə 5-ci “Xolokost”konfransında ən mötəbər məruzələrdən biri Azərbaycan prezidentinə verilməli idi. Əgər İlham Əliyev o konfransda olsaydı , Sarqsyan bu yalanları cənab Rivlinin üzünə qarşı deyə bilməzdi, eşidə biləcəyi tutarlı cavablardan çəkinərdi, necə ki, Aşqabadda Paşinyan məhz belə “vurulmuşdu”…
Dəyərli yəhudi dostlarım, xüsusilə də politoloq cənab Arie Qut məndən inciməsin-ortada hətta “Xolokost “qurbanlarının xatirəsinə ikili standart yanaşma əlamətləri görürəm. Sarqsyan bütün yəhudi dünyasını təhqir etdi, öz cavabsız yalanları ilə…

Aydın QULİYEV, “Bakı-Xəbər” qəzetinin baş redaktoru


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi