azia.az
azia.az

“Sarkisyan məni öldürmək üçün tapşırıq verib”

10-11-2016, 09:47

“Sarkisyan məni öldürmək üçün tapşırıq verib”
“Ermənistanın hazırkı rejimi erməni xalqını talan edir. Serj Sarkisyan prezident yox, işğalçıdır. O, təkcə azərbaycanlılara deyil, ermənilərə qarşı da soyqırımı həyata keçirib”

azia.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri erməni hüquq müdafiəçiləri Bakıda keçirdikləri mətbuat konfransında bildiriblər. “Sarkisyan hakimiyyəti ölkəni şəxsi mənafeyini güdməklə, xalqı talamaqla idarə edir”, -deyən Ermənistanın “Meridian” qeyri-hökumət təşkilatının Azərbaycanda səfərdə olan sədr müavini, jurnalist Suzanna Caqinyan çıxışında Sarkisyan hakimiyyətinin təcavüzkar siyasətindən, Ermənistanda hökm sürən aclıq və səfalətdən danışıb.

O deyib: “Ermənistanın hazırkı rejimi erməni xalqını talan edir. Serj Sarkisyan prezident yox, işğalçıdır. O, təkcə azərbaycanlılara qarşı deyil, erməni xalqına qarşı da soyqırımı həyata keçirib. Sarkisyan məni öldürmək üçün tapşırıq verib. Mən Ermənistanda hüquqların tapdanmasına qarşı mübarizə aparıram. Onlar məni izləyirlər, hətta terrorçuluqda belə günahlandırırlar. Ermənistanda hakimiyyət zəbt edilib. Xalqın vəziyyəti çox ağırdır”.

Azərbaycanda erməni ailəsinə baş çəkdiyini bildirən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan deyib ki, bütün qonşular onların erməni olduqlarını bilirlər. Onlar 1988-ci ildən burada dinc yaşayırlar. Mən onların problemləri ilə maraqlandıqda heç bir çətinliklə üzləşmədiklərini vurğuladılar. Təəssüf ki, Ermənistanda bu, belə deyil. Çünki Ermənistan hakimiyyəti militarist, şovinist, faşist siyasəti yürüdür. Hələ sovet dövründə Ermənistanda xüsusi xidmət orqanları tərəfindən “ASALA” kimi terror təşkilatları yaradılıb. Bu təşkilatlar ermənilər arasında müsəlmanlara, xüsusən də azərbaycanlılara, türklərə qarşı düşmənçilik hissi aşılayıblar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan Vaan Martirosyan bildirib ki, Ermənistanda hakimiyyətin dəyişməsi münaqişəsinin tənzimlənməsini sürətləndirə bilər: “Onlar tökdükləri qanların, törətdikləri faciələrin hesabını mütləq verəcəklər”.

“Beynəlxalq hüquq dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılmasını tələb edir”, - deyən erməni yazıçı-publisist, ictimai xadim Vahe Avetyan bildirib ki, Ermənistanın beynəlxalq hüquqa saymazyana münasibəti uzun müddət davam edə bilməz. Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Hazırda Ermənistan hakimiyyətində Azərbaycanın ərazi bütövlüyünə hörmət edən siyasətçi yoxdur.

“Mənim Ermənistan-Azərbaycan münasibətlərinə həsr etdiyim kitab artıq çapa hazırdır. Bu kitabı Azərbaycanda nəşr etdirmək niyyətindəyəm, onun təqdimatını, satışını Bakıda təşkil etmək istəyirəm. Bu kitabın satışından əldə edilən gəlirin hamısını Ermənistandan və Qarabağdan olan qaçqınlara, məcburi köçkünlərə verəcəyəm.

Düşünürəm ki, mənim üçün vacib olan Azərbaycana gəlmək, burada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmək, qarşısında baş əymək idi. Mən bunu etdim. Bu işdə mənə kömək edənlərə təşəkkürümü bildirirəm”.

“Sarkisyan məni öldürmək üçün tapşırıq verib”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi