azia.az
azia.az

Narkotik bitki yetişdirənlər tutuldu - Saatlıda

11-06-2016, 08:42

Narkotik bitki yetişdirənlər tutuldu - Saatlıda Saatlıda narkotik tərkibli çətənə kolları yetişdirən iki nəfər saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumata görə, Saatlı polis şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində qanunsuz əkilən 40-dan çox çətənə kolu aşkar edilərək dövriyyədən çıxarılıb.

Saatlı şəhəri, Nəsimi küçəsi 11 ünvanında yaşayan 1976-cı il təvəllüdlü Əmənov Dadaş Nəhməd oğlunun evinə baxış zamanı yarımçıq tikilidə aqrotexniki qaydada yetişdirilən 21 ədəd narkotik tərkibli çətənə kolu aşkarlanıb.

Digər əməliyyat tədbiri rayonun Fətəlikənd kəndində keçirilib. Həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Söhbətov Rizvan Məmmədağa oğlunun həyətyanı sahəsində olan istixanada xususi qaydada qulluq edilərək yetişdirilən 20 ədəd çətənə kolu aşkar edilib. Hər iki şəxs polis tərəfindən saxlanılıb.

Hazırda hər iki fakt üzrə cinayət işi açılıb, araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi