azia.az
azia.az

Aydın Quliyev yeni partiyaların yaranması zərurətindən yazdı…

13-12-2019, 00:03


Aydın Quliyev:"Xalqın təsirli əksəriyyətinin güvəndiyi və hakimiyyətin tanıdığı güclü sivil müxalifətin yaranmasına tələbat qaçılmaz olur"
Aydın Quliyev yeni partiyaların yaranması zərurətindən yazdı…
“Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev öz “Facebook” səhifəsində “YENİ PARTİYALARIN DOĞULMASI ÇAĞDAŞ DÜNYANIN ÖLKƏMİZ QARŞISINDA ƏN BÖYÜK ÇAĞIRIŞINA ÇEVRİLİR ” başlıqlı yazı ilə çıxış edib. Azinforum.az həmin yazını olduğu kimi təqdim edir:

“Azərbaycanın kardinal şəkildə yeni dövrə daxil olmasının fərqinə kimlərin nə dərəcədə vara bildiyini araşdırmaq istəmirəm. 7 illik prezidentlik institutu təsis edildi,ADR və sovet dövrü Ali Soveti də daxil parlamentarizm tariximizin ərzində ilk dəfə fövqəladə və ya növbədənkənar parlament seçkilərinə gedirik,müstəqillik tariximizdə ilk dəfə ən uzun seçkisizlik və referendumsuzluq dövrünə daxil oluruq( fövqəladə bir şey baş verməsə ,seçkini bir də 2025 -də görəcəyik),neft və postneft dövründən “Böyük qaz gəlirləri”dövrünə daxil oluruq, böyük hərbi və iqtisadi gücün ardınca Qarabağ probleminin qəti həllinin üçüncü müstəsna şərti olan geniş plüral demokratiya dövrünün açılması labüdlüyə çevrilir, xalqın təsirli əksəriyyətinin güvəndiyi və hakimiyyətin tanıdığı güclü sivil müxalifətin yaranmasına tələbat qaçılmaz olur, dünya konkret ideoloji və mütəşəkkil sifəti olan güclü partiyalara söykənən proporsional seçki sistemlərinin aparıcı instituta çevrilməsinə doğru gedir, 1991-ci ildən başlayan və 28 il ərzində YAP-dan başqa ikinci qalib siyasi partiya modeli ortaya qoya bilməmiş ilk partiyalaşma dövrü sona çatır, YAP-ın yeni siyasi mərhələnin də yeganə stabil güclü partiyası ola biləcəyi hələ məlum deyil,26 ildə uğurlu modellərə çevrilə bilməyən AXC-Müsavat və onlardan törəmə radikallar Azərbaycanın yeni dövrünə keçid şanslarını düzəlməz dərəcədə itirir, Azərbaycanda YENİ PARTİYALARIN DOĞULMASI çağdaş dünyanın ölkəmiz qarşısında ən böyük çağırışına çevrilir”.

Aydın Quliyev yazısında qeyd edir ki, 2006-cı ilə qədər siyasi partiya və media işinin bir arada aparıldığına dair təcrübələr olsa da, bu gün də media orqanları partiyaların cazibə məsafəsində inkişaf edə bilməz və bu iki iş ayrılıqda getməlidir: “Partiyalarla medianın qarşılıqlı bağlılıqda fəaliyyət göstərdiyi dövrün bir daha geri dönməz keçmişdə qaldığına qəti əminəm. Lakin 2025-ci ilə qədərki dövr üçün ictimai -siyasi həyatda tək medianın imkanları ilə hərəkət etməyin yetərli ola bilməyəcəyini də düşünürəm.Partiya quruculuğu təcrübəsinə malik media adamlarının yeni mərhələdə “media yolunda davam ,ya yeni partiyaya salam”seçimində qala biləcəkləri də istisna deyil… Azərbaycan irəli gedir…”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi