Parlament seçkiləri: 7 nəfərin namizədliyi təsdiq olundu
Bələdiyyə seçkiləri ilə bağlı fəallıq adətən, aşağı olur. Ancaq biz istərdik ki, fəallıq yüksək olsun.
Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, bələdiyyə seçkiləri ilə bağlı seçki bülletenlərinə 41 mindən artıq namizədin adı daxil edilib:
“Bir yer uğrunda 3 namizəd mübarizə aparır. Bu, yaxşı haldır”.
Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı danışan M.Pənahov qeyd edib ki, indiyədək dairə seçki komissiyalarına 50 müraciət olub, onlardan 7 nəfər təsdiq olunub:
“Həmin 50 nəfərin 8 nəfərinin partiya mənsubiyyət var. Bu onu göstərir ki, proses sürətlə inkişaf edəcək. Bələdiyyə seçkilərində namizəd olanların isə 1/3-i siyasi partiyaların namizədləridir. Bu onu göstərir ki, Milli Məclis seçkilərində siyasi partiyaların aktivliyi daha yüksək olacaq”.