Teref.info -nun elektron ünvanına Qusar rayonunda torədilmiş bir hadisə ilə əlaqədar Qusar sakininin respublika prokuroru Zahid Qaralava ünvanladığı məktubun bir surəti daxil olmuşdur.
Məktubu sizin diqqətinizə çatdırırq:
Azərbaycan Respublikasının Baş Prokuroru Hörmətli, Zakir Qaralov cənablarına
Surəti:
Qusar rayon prokuroru
Mübariz Əhmədov
cənablarına
Qusar şəhər sakini Aöamirzəyev Hacımirzə Ağamirzə oğlu tərəfindən
Ərizə
25 mart 2017-ci il tarixdə, səhər saat 9.00 radələrində Qusar rayon prokuroru Zahid Vəliyevin oğlu, Siyəzən RPŞ-nin əməliyyat müvəkkili Vəliyev Akşin Zahid oğlu özünə məxsus xarici markalı avtomaşını alkogollu içki qəbul edərək idarə edərkən , iş yerinə gedən Qusar şəhər sakini Aslan Babaxanovu avtomaşınla vuraraq, bütün daxili organları zədələməklə, onun hər iki ayağını sındırmaqla, zərərçəkmiş Aslan Babaxanova ağır xəsarət verərək, cinayət tərkibli hərəkət etməklə, hadisə yerindən qaçmağa müvəffəq olmuşdur.
Naməlum şəxslər zərərçəkmiş Aslan Babaxanovu Qusar RMX-na çatdırdıqdan sonra, həkimlər onun üzərində əməliyyat aparılmlşdır. Qusar rayon prokuroru Zahid Vəliyev cənablara həmin cinayət tərkibli hadisəni ört- basdır etməklə, oğlu Akşin Vəliyevin cinayət tərkibli hərəkətlərini müdafiə edərək həmin yol -nəqliyyat hadisəsini Qusar RPŞ-nin rəhbərliyindən gizlətmişdir. Qusar rayon prokuroru Zahid Vəliyev hətta, vəzifə səlahiyyətlərindən sui istifadə edərək, Qusar rayon mərkəzi xəstəxana rəhbərliyi tərəfindən baş vermiş cinayət tərkibli, yol-nəqliyyat hadisəsi barədə Qusar RPŞ-nə məlumat verilməsinə də maneçilik törətmişdir. Qusar rayon prokurorun oğlu Akşin Vəliyev və onun atası Zahid Vəliyev Qusar rayon xəstəxanasında ağır vəziyyətdə müalicə alan zərərçəkmiş Aslan Babaxanova maddi və mənəvi yardım göstərməmişdir.
Yuxarıda qeyd etdiyim məlumatım araşdırılmaqla , cinayət tərkibli hərəkət edərək , zərərçəkmiş vətəndaşa yardım etmədən hadisə yerindən qaçmaqla, cinayət tərkibli hərəkət etmiş Siyəzən RPŞ-nin əməliyyat müvəkkili Akşin Vəliyev və onun cinayət tərkibli hərəkətlərini bilərəkdən müdafiə etmiş Qusar rayon prokuroru Zahid Vəliyevin cinayət tərkibli hərəkətləri araşdırılmaqla , onlar barəsində Azərbaycan Respublikasının qanunvericilik tələblərinə əsaslanmaqla, qanunamüvafiq tədbir görülməsi üçün, aidiyyatı üzrə sərəncam verilməsini Azərbaycan Respublikasının Baş prokuroru, Hörmətli Zakir Qaralov cənablarından xahiş edirəm.
Teref.info olaraq diqqətinzə çatdırmaq istəyirəm ki, yaş senzi ilə əlaqədar Qusar rayon prokuroru Zahid Vəliyev təqaüdə göndərilmişdir.