azia.az
azia.az

Xocalıya da, Xankəndiyə də biz nəzarət edəcəyik - AÇIQLAMA

12-11-2020, 14:02

Xocalıya da, Xankəndiyə də biz nəzarət edəcəyik - AÇIQLAMA

İkinci Qarabağ savaşından Azərbaycan qalib dövlət kimi ayrıldı.

Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin noyabrın 10-da imzaladığı birgə Bəyanata əsasən, məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara geri qayıtmalıdır.

Maraqlıdır, bəs Xocalı rayonunun sakinlərinin qayıdışı necə baş verəcək? Xocalı rayon İcra Hakimiyyətinin fəaliyyəti necə qurulacaq?
Azia.az xəbər verir ki, Xocalıdan olan deputat Elman Məmmədov Xocalı və xocalıların gələcək taleyi barədə danışıb.

O bildirib ki, hələlik bu barədə danışmaq tez olsa da, sənəddə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması öz əksini tapıb:


“Həmin ərazilər də Azərbaycanın ərazisidir. Sənəddə əvvəlki danışıqlarda olan söhbətlər yoxdur ki ermənilərə hər hansı status verilsin. Xocalı rayonu da digər rayonlarımız kimi müstəqil fəaliyyət göstərəcək. Xocalıya da, Xankəndiyə də nəzarət bizdə olacaq. Bu ərazilər artıq Azərbaycandadır. Bizim daxili işimizə heç kim qarışa bilməz. İnsanların həmin rayonlara yerləşdirilməsi məsələsi isə mərhələli şəkildə həllini tapacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi