azia.az
azia.az

Goranboyda ŞƏHİD ailələri ayağa qalxdı-ŞƏHİDLƏRİN DƏFN PULLARI mənimsənilib?

22-08-2021, 13:57

Goranboyda ŞƏHİD ailələri ayağa qalxdı-ŞƏHİDLƏRİN DƏFN PULLARI mənimsənilib?
Goranboy rayonunda yaşayan şəhid ailələri prezidentə müraciət etdilər.

Məlumdur ki, qanunları pozan hər bir vətəndaş haqqında lazımi ölçü götürülməlidir.
Ancaq Goranboy rayonu Bəşirli kənd sakini Cahangirov Elçin Xanlar oğlunun etmiş olduğu hərəkətlərin bu günə kimi cavabsız qalmışdır. Elçin Cahangirov kimdir? Beşirli kəndində anadan olmuş, orta məktəbi güc bəla ilə qurtarmış, indiki Azərbaycan Texnologiya Universitetinin "Yüngül sənaye" ixtisasına qiyabi yolla düzəldilmiş və oranı sürünə-sürünə bitirmiş cahilin birisidir. Əslində ali məktəbi bitirdikdən sonra Elçin Cahangirov hərbi xidmətə getməli idi. Ancaq o, Moskvaya pul qazanmağa alver etməyə getdi. Moskvada xarici vətəndaşın əmlakını ələ keçirib, yenidən Azərbaycana qaçmışdır. Nə Elçin Cahangirov, nə də ki, qardaşları Qarabağ döyüşlərində iştirak etməmişdir. (Bu məsələ dövlət orqanları tərəfindən araşdırılmalıdır). Elçin Cahangirovun nə elmi, nə də ki siyasi savadı yoxdur. Heç bir təşkilatçılıq qabiliyyəti oımayan bu dələduzu hansısa xalqı sevməyən qara qüvvələr Goranboy rayonu icra başçısına I müavin təyin etdilər. Bu şəxs, həbs olunmuş rayon icra başçısı Nizaməddin Quliyevlə baş-başa verərək 2015-2019-cu illərdə Goranboy rayonuna qan uddururdular. Zəhmətkeş rayon sakinlərində Dövlət orqanlarına qarşı inamsızlıqlar yaratdılar. Çox maraqlı bir məsələdir ki, rayon hüquq mühafizə orqanlarının gözü qarşısında Elçin Cahangirovun çıxarmadığı oyunlar qalmamışdır. Elçin Cahangirov rayon sakinlərindən, məktəblərdən, uşaq bağçalarından, xəstəxanalardan, rayon icra nümayəndələrindən müxtəlif adlarla, külli miqdarda pullar toplamışdır. Məsələn, Dəliməmmədli qəsəbə sakini Malikli Arzu Əkbər oğlundan 14 min manat alaraq, onun oğluna rayonda iş verəcəyini demişdir.
Nəhayət ölkə prezidenti cənab İlham Əliyev korrupsiya ilə məşğul olan icra başçıları haqqında sərt təqbirlər görməyə başladı. Rayonun icra başçısı həbs edildi. Ancaq rayonda qanunsuz pul yığımına rəhbərlik edən Elçin Cahangirov isə həbsdən kənarda qaldı. Buna səbəb isə onu bu vəzifəyə təyin edən qara qüvvələrin köməkliyi oldu. (Bu məsələ də araşdırılsa dövlətə xəyanət edən bu qüvvələrin kimliyi hamıya aydın olar). Rayona yeni təyin olunmuş başçı Məhərrəm Quliyev bu dələduz I müavin Elçin Cahangirovu tutduğu vəzifədən azad etdi. Ancaq bundan artığına gücü çatmadı.
Az bir müddətdən sonra həmin qara qüvvələr bu şəxsi Goranboy Rayon İcra Hakimiyyətinin Əmlak Komitəsi üzrə məsul katibi vəzifəsinə təyin etdilər. Bu köhnə peşəkar yeni vəzifəsində də köhnə əməlindən geri qalmadı. Belə ki, şəhidlərin dəfni zamanı dövlət tərəfindən ayrılmış vəsaitləri, ərzaq məhsullarını həmin ailələrə düzgün vermədiyi üçün yeni başçının I müavini Ceyhun Həsənov tərəfindən möhkəm döyüldü. Bu əli əyriliyin üstündə başçı Məhərrəm Quliyev onu yenidən bu vəzifədən də qovdu. Amma, onu himayə edən həmin qara qüvvələr yenidən onu rayondan deputat seçilmiş Anar Məmmədova köməkçi təyin etdilər. (Bu qüvvələrin kimliyi araşdırılmalıdır). Deputat köməkçisi xalqın sözcüsü olmaq əvəzinə xalqın qəniminə çevrilmişdir.
Elçin Cahangirov (qardaşı Ruhin Cahangirov) və başqa kimlərləsə əlaqəyə girərək rayonun bir neçə kənd sakinlərindən taxıl biçinindən əvvəl küllü miqdarda pul yığaraq onlara taxıl, arpa verəcəyini demişdir. Ancaq biçindən sonra həmin adamlara nə taxıl verildi, nə də ki, pul. Bu şəxslər Bəşirli kənd sakinləri Lalə Rəhimova, Dilarə, Natiq Məmmədov, Xınallı kənd sakini Azər, Çaylı kənd sakinləri Mahir, Nəsibdən aldıqları pulları geri qaytarmadığı üçün onlar rayon polis şöbəsinə müraciət etdilər. Ancaq bu adamların şikayətlərinə bu gün də baxılmayıbdır. Bu fakt da onu göstərir ki, bu şəxslər kimlərləsə əlbirdirlər. (Xahiş edirik,bu məsələ araşdırılsın)
Bu başı bəlalı ağlı özünü girləməyən, kimlərinsə əlində oyuncaq olan deputat köməkçisinin görmüş olduğu dınaqarası işlərin az bir hissəsidir.
Elçin Cahangirov və qardaşı Ruhin Cahangirov şikayətçilərə deyir ki, kim bizdən şikayət etsə, onun maşınına, evinə, cibinə, narkotik qoyub tutduracağam. Onda sual olunur ki, son vaxtlar ölkəmizdə bu işlərlə məşğul olan xeyli sayda narkotik ticarəti ilə məşğul olanlar tutuldular. Bəs öz dili ilə danışan bu adamlar cəzadan niyə qıraqda qalırlar???
Elçin Cahangirov rayon icra başçısının I müavini vəzifəsində işlədikdə kənddə duz yolun üstündə (hərbi yolun) özləri üçün əyləncə mərkəzləri mağazalar şəbəkəsi açmışdır. Bu mağazalar hərbi maşınların hərəkəti zamanı təhlükəsizlik qaydalarını kobud sürətdə pozur. Bu isə bu yolla hərəkət etməli olan digər kəndlərin sürücüləri üçün problemlər yaradır. Dəfələrlə rayonda aidiyyatı olan təşkilatlara deyilsə də bu barədə lazımi ölçü götürülməmişdir. Nə rayonun, nə də ki, respublikanın qida təhlükəsizliyinə cavabdeh olan şəxslər bu kimi mağazaların fəaliyyəti ilə məşğul olmurlar.
Ona görə də rayon sakinləri rayonda baş verən bu qanuna zidd hərəkətlərə nə zaman son qoyulacağını ümidlə gözləyirlər. Əks halda kənd sakinləri özləri bildikləri qaydalarla bu məsələləri yoluna qoymaq məcburiyyətində qalırlar. Bu isə xalqda dövlət orqanlarına qarşı inamsızlıq yaradır.
Tələbimiz ondan ibarətdir ki, Elçin Cahangirovun bu günə kimi fəaliyyəti araşdırılsın, onu himayə edən, dövlətə qarşı təxribatla məşğul olan bu qüvvələr zərərsizləşdirilsinlər. Bu cür dəstələrin zərərsizləşdirilməsinə Dövlət Təhlükəsizliyi Xidməti öz sözünü deməlidir.
Sizdən artıq dərəcədə xahiş edirik, Elçin Cahangirovun kimliyini, digər tərəfdən onun etmiş olduğu əməlləri araşdırıb tədbir görəsiniz.
Belə bir savadsız, əqidəsiz, ona buna fırıldaq gəlib pulunu mənimsəyən, şəhid ailələrinə belə kələk gəlib onların pullarına göz dikən bir adamın rayon sakinlərinin təmsilçisi olması yol verilməzdir. Onun deputat köməkçii olması Azərbaycan Respublikasının Milli Məclisinə qarşı bir təxribat kimi qiymətləndirilməlidir.
Goranboyda ŞƏHİD ailələri ayağa qalxdı-ŞƏHİDLƏRİN DƏFN PULLARI mənimsənilib?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi