azia.az
azia.az

Öz qətlinə görə cəllada pul verən məşhur

31-01-2024, 14:35

Krotonlu məşhur müdrik Pifaqor bütün dövlərin ən böyük filosoflarından biri kimi tanınır. Maraqlı faktlardan biri də budur ki, o həyatı boyunca müxtəlif dini adətləri təbliğ edib və bunu yorulmadan həyata keçirib. Hələ bu günə qədər fikir və elm adamları Pifaqorun bir hərəkətinin hikmətini aça bilməyib. Belə ki, filosof böyüməkdə olan paxlalara toxunmağı insanın ləyaqətsizliyi kimi qələmə verib və bunu təbiətə təhqir hesab edib. Pifaqor dövrünün gənclərinə digər təlimləri kimi bunu da ciddi şəkildə aşılayırdı.

Qeyd edək ki, bizim eradan əvvəl 496-cı ildə Krotonedə dövlət çevrilişi baş verib. Pifaqor və onun təlimlərinin davamçıları baş verə biləcək təqiblərdən yaxa qurtarmaq üçün şəhəri tərk ediblər. Məsələ burasındadır ki, o düşmənlərdən qorunmaq üçün bir tarlaya çatır. Pifaqor lobya əkilmiş tarlanın içində gizlənməkdən imtina edir: “Onları tapdalamaqdansa əsirlik, boş danışan damğası vurulmaqdansa ölüm yaxşıdır!”.


Pifaqor məhz  belə qərara gəlmiş, cəsarət göstərərək geri dönmüşdü. Şəhərə çatmamış təqibçilərlə qarşılaşmış və amansızcasına öldürülmüşdü.

Klazomenli filosof Anaksaqor isə sülh içində ölmək arzusu ilə yaşayırmış. Ona görə də Afinadan Lampsak şəhərinə gəlir. Burada şəhərin məmurları məşhur filosofdan onun üçün nə edə biləcəklərini soruşmuşdular. Anaksaqor isə cavab vermişdi ki: “Qoy məktəblilər hər il mən öldüyüm ay dərsdən azad edilsinlər”.

Eramızdan əvvəl 428-ci ildə Anaksaqor dünyasını dəyişmiş, yerli hakimiyyət onun istəklərini yerinə yetirmişdi. Məktəblilər onun öldüyü gün bir aylıq tətilə çıxmışdı.

Səlnaməçilər yazırmış ki, o dövrün məktəbliləri tətil günlərində Anaksaqorusu minnətdarlıqla xatırlayırmışlar.

Lampsakda bu adət yüz illərlə davam edir. Görünür, xristianlığın yayılmasına qədər belə olub.

Filosof Empedokl həmişə sadə insan olmadığını, ölməyəcəyini və Tanrı kimi qeyb olacağını deyirmiş. O, bir dəfə evinə səksən qonaq dəvət edib və onlar üçün ziyafət verib (e.ə. 424-cü il). Ziyafət zamanı o, sakitcə ayağa qalxaraq evinin yaxınlığında yerləşən Etna dağına yollanıb. O, vulkanın zirvəsinə çıxıb və özünü od püskürən kraterə atıb. Qonaqlar onun müəmmalı şəkildə yoxa çıxmasından heyrətlənib və axtarışa başlayıblar. Onu tapmaq mümkün olmayıb: o, izsiz yoxa çıxdığından Empedoklu tanrı kimi qələmə verməyə başlayıblar. Amma bu, işə yaramayıb. Empedoklun sirrini vulkan üzə çıxarıb. Növbəti püskürmə zamanı filosofun sandalları üzə çıxıb. Artıq elmə də məlumdur ki, Empedoklun mis sandalları olub. Empedokl həmişə bununla fəxr edib. Amma sandallardan birinin üzə çıxması onun hiylə işlətdiyini faş edib.

Eramızdan əvvəl 399-cu ildə Afinalı müdrik Sokrat həmvətənləri tərəfindən ölümə məhkum edilib. Sokratın arvadı ölümqabağı ondan soruşub:

– Sən günahsız ölürsən!

Sokrat:

– Mənim günahkar kimi ölməyimi istəyirsən?

Eramızdan əvvəl 318-ci ildə məşhur Afina sərkərdəsi Fokion bir qrup dostları və tərəfdaşları tərəfindən ölümə məhkum edilmişdi. Afina qanunlarına görə, məhkumlardan baldıran bitkisindən zəhər içmək tələb olunurdu.

Məhkumlar hazırladıqları zəhəri bir-birinə ötürməklə, növbəli şəkildə içirdilər və onların sayı çox olduğundan sonunculara, o cümlədən Fokioya zəhər çatmayıb. Cəllad təklif edir ki, ona on iki draxma verilməsə, onun üçün zəhər hazırlamayacaq. Məsələ burasındadır ki, Baldıran ağacının tam hissəsi on iki draxmaya başa gəlir. O Afinada pulsuz ölməyə belə icazə verilmədiyindən şikayətlənib və dostlarından xahiş edib ki, zəhər üçün cəllada pul ödəsinlər. Məhz pul ödəndikdən sonra Fokion və onunla birlikdə sağ qalan məhkumlar zəhər içərək ölüblər.

Çox keçmədi ki, vəziyyət dəyişdi. Afinalılar Fokionun edamından çox məyus olmuşdular. Ona görə də Fokionun oğluna Fosiona icazə verildi ki, atasının ölümündə günahkar olanların hamısını tutub öldürə bilər. Fokionun oğlu onların hamısını tutub edam etdi.

Hazırladı: Natiq Səlim,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi