azia.az
azia.az

Bu gün sevib sabah peşman olanlar – Eşqdə bəxti gətirməyən BÜRCLƏR

7-09-2022, 08:14

Bu gün sevib sabah peşman olanlar – Eşqdə bəxti gətirməyən BÜRCLƏR
Hər bürcün xarakteri, xüsusiyyətləri, sevgidən gözləntiləri fərqlidir. Hansı bürc altında doğulanlar tərk edir? Səbəbləri nədir? Partnyoruzun bürcünü bilib onun sizdən necə ayrılacağını və səbəb kimi nələr göstərəcəyini bu yazı ilə təxmin edə bilərsiniz.

Bildirilir ki, bu dəfə sevgidə bəxti gətirən və gətirməyən bürclərin siyahısını təqdim edir:

Qoç bürcü

Qoç bürcünün düşüncələri hər zaman qarışıq olur. Nə istədiyinə qərar verə bilməyən qoçlar bu gün sizi sevib, sabah peşman ola bilər. Amma sonra yenidən istəyib, yenidən peşman ola bilər. Qoç bürcü münasibətə başladığında sizə "söz verməz". Çünki bilir ki, ayrılanda "mən sənə öncədən demişdim" deyəcək. Qoç bürcü ilə mübahisə etmək istəsəniz belə alınmaz. O qədər sizə önəm verməzlər ki, siz əsəbdən ölsəniz belə onlar "mən beləyəm" deyə soyuqqanlılıqla susa bilərlər. Bu səbəbdən də sizdən ayrılan Qoçlara "bəlkə düzələr" deyə şans verməyin.

Buğa bürcü

Buğa kişisi bir münasibətə başladığı zaman sizə dəlicəsinə aşiqmiş kimi davranarlar. Buğaların sizdən gözləntiləri çox olur. Ona səcdə etməyinizi istəyərlər. Buğalar ikinci bir şans ümidi ilə illərlə gözləyə bilərlər. Səbirlidirlər və arzuladıqları şeylərə bağlılıqları çox dərindir. Səhv gördükləri zaman duyğusal məsafə qoyarlar. Həyatı sizin üçün zindana çevirib sizin getməyinizi gözləyərlər.

Əkizlər bürcü

Əkizlər bürcü dəyişkən olmasına baxmayaraq, onlarla möhtəşəm bir sevgi yaşaya bilərsiniz. Sizi sevər və dəlicəsinə qısqanar. Bu şəxs sizi nəzarəti altında saxlayar, bir davranışınızı saatlarla şərh edə bilər. Xarakterləri uyğun olmayan qadınla münasibət onu boğa bilər. Sizdən ayrılmaq istəməsə də, başqa münasibətlərə də açıq olur. Əkizlər ayrıldıqdan sonra özünü tez toparlaya bilən bir bürcdür. Eşqdə uğursuzluğa alışan əkizlər keçmiş həyatına rahatlıqla qayıda bilir.

Xərçəng bürcü

Zarafatcıl olsa da bəzən səssiz qalmaq istəyər. Tənha qalmaq hissinə anlayışlı davranmayan qadın, Xərçəng bürcü kişisini qorxudar. Və ondan ayırlmaq üçün yollar axtararlar. Gözyaşlarına boğulduqları anlarda belə, oturub şəkillərinizə baxarlar. "Problem səndə deyil, məndə" düşüncəsində olur, Xərçənglər. "Səni istəmirəm, amma varlığını həyatımda istəyirəm" deyərlər. Heç bir zaman tam olaraq getməzlər. Yeni bir münasibətə başladıqları zaman isə, lal olub susarlar.

Şir bürcü

Çox mədəniyyətli və düşüncəli bir olurlar. Qarşısındakı qadının onu düşünmədiyini və duyğusal mövzularda həssas olmadığını hiss etdikləri zaman münasibəti dərhal bitirərlər. Şir bürcü imkansız olan sevgini istəyər. Asan görünən heç nəyə fikir verməzlər. Sizdən uzaqlaşan zaman dost kimi görünərlər. Münasibətdə bütün günahın sizdə olduğuna, münasibətin bitməsinin səbəbkarı siz olduğunuza sizi inandırarlar. Siz möhtəşəm bir münasibətiniz olduğunu düşündüyünüz zaman duyğularını açıq şəkildə dediyi üçün əzab da çəkərlər. Amma diqqətini çəkən başqa birisini tapdıqları zaman hər şey dəyişər.

Qız bürcü

Qız bürcü kişisi qısqancdır, bağışlamaz. Birlikdə olduğu qadının açıqsözlü olmasını istəyər, amma heç vaxt ona hər hansı bir mövzuda liderliyin sizdə olduğunu hiss etdirməyin. Maraqlanmağınız xoşuna gəlsə də, davamlı şəkildə mesaj yazıb atdığınız hər addımı ona anlatmağınız onu bezdirə bilər. Siz nə qədər mən doğruyam desəniz də, o, ayrılığı düşünürsə, sizi tərk etdiyi an sizinlə bağlı hər şeyi unudar. "Alınmırdı, bitti-getdi" deyə bilər. Güclü bir eqosu və qorunmasına ehtiyac olan bir imici var.

Tərəzi bürcü

Tərəzi bürcləri despotdur. Əgər onunla uyğunlaşmağa çalışmayıb qaydalarına əməl etməsəniz, sizdən çox rahatlıqla vaz keçə bilərlər. Reallığı sevən bir bürc olduqları üçün münasibət müddətində görməzdən gəldiyi bütün səhvlərinizi üzünüzə çırparlar. Əgər Tərəzi bir münasibəti bitirirsə, səbəb hər nə olursa olsun, canınızın yanması və dərin bir sevgi acısı yaşamağınız üçün çalışacaq. Yapışqan sevgili deyil. Ara-sıra uzaq qalmağınız, fərqli proqramlarla məşğul olmağınız ona ehtiyacı olan rahatlığı verər. Bir münasibət bitdiyi zaman yeni birisini tapması uzun zaman almaz.

Əqrəb bürcü

Əqrəb bürcü kişisi də sevdiyi qadının arxasınca qaçmaq istər. Ancaq uzun müddət naz edən qızlar da onu bezdirir və bütün marağını itirər. Əgər münasibətdə yaralanarsa, intiqam almağı düşünə bilər. Ancaq bütün Əqrəblər, belə davranmaz. Belə düşünsələr də, sizi geri qazanmaq üçün hər şeyə əl atarlar. Ayrılıq ona özünü pis hiss etdirər amma soyuqqanlı davranar. Münasibətin niyə davam etmdəyinə dair məntiqli səbəblər tapa bilər və sizi araşdırar. Bu ona özünü yaxşı hiss etməyə kömək edər. Ayrılacaqsınızsa, bunu istədiyinizə əmin olun. Çünki Əqrəb bir dəfə ürəyini sizə bağlasa, bir daha girməyinizə izin verməz. Qapı əbədilik bağlı olacaq.

Oxatan bürcü

Cəsur olan oxatan kişisi əylənə bildiyi qadınları sevir. Oxatan bürcü üçün onun qaydaları, onun həyatı və onun münasibəti vardır. Bir münasibəti təkbaşına idarə edirmiş kimi görünməsi normaldır. Sizi tərk etdiyi zaman yenidən onu arzulayacağınıza əmindir. Buna görə də sizi incitmək, hətta sizi təhqir etməkdən çəkinməzlər. Onun həyatında keçmişdən qalan və ona ikinci bir fürsət verilməsini gözləəyn biri daima var. Özü istəməsə, uzun müddət tək qalmaz.

Oğlaq bürcü

Oğlaq bürcü eşqə çox inanan və çox tez aşiq olduğunu düşünən bürcdür. Sizi tərk edirsə, tək səbəbi sizə aşiq olmadığını başa düşməsidir. Çox ağıllıdır və əylənməyi çox sevir. Ancaq içki içib dostlarının yanında axmaq zarafatlar etsəniz, siz onun üçün bitərsiniz. Ayrıldığı zaman vicdan əzabı çəkər. Bu günahkarlıq duyğusu ilə elə düşünə bilərsiniz ki, sizi tərk etmir. Sevgi münasibətlərində tədbirli davranandır. Buna görə də sizdən sonra dərhal yeni bir münasibətə başlayacağını düşünməyin. Ürəyini təmir etməyə hələ çox vaxtı gedəcək. Ayrılanda da məntiqlə ayrılır.

Dolça bürcü

Əslində dolçalar duyğusal olurlar. Ancaq qarşısındakı qadının duyğusallığı onu qorxuda bilir. Ən xırda şeyləri böyüdən, hər şeyi problemə çevirən və hər şeyi ondan gözləyən qadınlar dərhal uzaqlaşar. Azadlığını sevən dolçalar, qısqanılmağı da sevməzlər. Ətrafında keyfini yüksəldəcək çox dostu var. Onun həftələrlə əzab çəkməsini gözləməyin. Çünki dolça "olan olduqdan sonra ağlamağın mənası yoxdur" deyə düşünür. Duyğularını sözlə ifadə edə bilir. Sizinlə əvvəldən dərin duyğusal münasibətə girmədiyi üçün haqlı olduğunu düşünər. Yeni sevgili tapmağın da zamanı var, amma hələ dostları ilə birlikdə zamanın dadını çıxarar.

Balıq bürcü

Balıq bürcü ayrılığı çətin qəbul edən bürcdür. Həftələrlə ağlasa belə, başladığı kimi bitirə bilər. Niyə ayrıldığını bilməz. Nə özünü günahkar bilir, nə də sizi. Hətta sizə zəng edib ayrılıq barədə danışmaz da. Onun üçün münasibət bitib və belə düşünür ki, bir münasibət bitsə belə, dostluq qalar. Ancaq bunu sizə bildirməz.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi