azia.az
azia.az

274 saylı uşaq bağçası 30 ildir hansı əsas yeniliyi gözləyir

8-09-2022, 21:26

274 saylı uşaq bağçası 30 ildir hansı əsas yeniliyi gözləyir

274 saylı uşaq bağçası 30 ildir hansı əsas yeniliyi gözləyir

Son illər məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq yerli icra hakimiyyətlərinin tabeliyinə veriulib, onlara qəbul elektron sistem vasitəsilə həyata keçirilir. Bütün bu və sadalamadığımız digər yeniliklər əlbəttə ki, inkişafa hesablanıb və müəssisələrdə korrupsiya və başqa neqativ halların qarşısının alınmasını nəzərdə tutur. Ancaq eyni zamanda müşahidələr göstərir ki, uşaq bağçaları və körpələr evlərində qanunsuzluq halları ilə mübarizə üçün tətbiq olunan dəyişikliklər mexanizmi effektiv deyil. Əsas problem düzgün olmayan kadr seçimindədir. Vəzifələrindən sui-istifadə edən müəssisə rəhbərlərinin narazılıq doğuran fəaliyyətləri barədə məlumatlar tez-tez mediaya yol tapır və ictimailəşdirilir. Redaksiyamıza daxil olan məlumata görə, paytaxtın Binəqədi rayonunda fəaliyyət göstərən 274 saylı uşaq bağçasında 30 ildir müdir vəzifəsi daşıyan Dünyaxanım Vəliyeva pensiya yaşına çatsa da, yerini gənc və perspektivli kadrlara verməyə tələsmir. O, bağçada təlim-tərbiyə alan uşaqların gerçək nənələrindən də xeyli yaşlıdır. Qəribədir ki, “yuxarıdan” ona daha istirahət etmək zamanının gəldiyini deyən, getməsini tələb və tövsiyə edən də yoxdur. Qeyd edək ki, rəsmən 36 işçisi olan 115 yerlik bağçada 5 qrup fəaliyyət göstərir. Ancaq qeyri-rəsmi mənbədən verilən məlumata görə, 36 işçinin 10 nəfəri işə çıxmır. Uşaqlarınsa sayı deyilənə görə, 200-ü keçib. Bildirilir ki, ərzaq təminatı qeyri-qənaətbəxş səviyyədədir. Bağçaya gündəlik cəmi 50 nəfər civarında uşaq gəlsə də, adı gedən 200 uşağa ərzaq verildiyi rəsmiləşdirilir və artıq qalan qida məhsulları təyinatdan yayındırılaraq digər istiqamətə yönəldililir. Əməkdaşımız qeyd olunan məsələlərlə bağlı araşdırma aparmaq məqsədilə Dünyaxanım Vəliyevaya zəng vurub. Kabinetindəki telefonun dəstəyini qaldıran bağça müdiiri rəsmən məzuniyyətdə olduğunu, müəssisəyə “vacib sənədləri imzalamaq üçün” gəldiyini deyib. “Nə yazırsınız yazın, mənim heç vecimə də deyil. Yazılanlardan kimi işdən çıxarıblar ki? Sizinlə olan danışığımızı telefonumuz yazır, sizi məhv edərəm. Məni şantaj eləməyin”- deyə telefonu söyüş söyə-söyə qapadı.

Maraqlıdır, bəyəm məzuniyyətə çıxmış şəxsin vəzifəsinin müvəqqəti icrası kiməsə həvalə olunmalı deyilmi? İmanımızı yandıra bilmərik, amma adamın ağlına cürbəcür fiukirlər gəlir: Ya Dünyaxanım Vəliyeva yalan danışır, məzuniyyətə-zada çıxmayıb, ya məzuniyyətdə olmasına baxmayaraq, imzaladığı sənədlər köhnə tarixə rəsmiləşdiriləcək, ya da işini, əmək qanunvericiliyinin tələblərini bilmir. Ən son versiya isə budur: Həqiqətən məzuniyyətə çıxıb; işə gəlib, amma sənədə imza atmaq üçün yox, uşaqlara deyil, özünə faydalı olan işlərin necə getməsinə nəzarət etmək üçün. Ona görə də jurtnalistin suallarını cavablandırmağa həvəsi yoxdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Bağçanın yerləşdiyi ərazidə yaşayan sakinlərin söylədiklərini isə növbəti yazıda)

(Ardı var)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi