azia.az
azia.az

"Avro-2016": Yığmamızın rəqibi müəyyənləşdi

8-02-2016, 10:03

 "Avro-2016": Yığmamızın rəqibi müəyyənləşdi Serbiyanın paytaxtı Belqradda keçirilən futzal üzrə Avropa çempionatının 1/4 finalçıları müəyyənləşib.
D qrupunu ikinci pillədə başa vuran Azərbaycan yığmasının da rəqibi bəlli olub.
Komandamız C qrupunun qalibi Rusiya ilə üz-üzə gələcək. Millimizlə eyni qrupda yer alan İtaliya yığması isə C qrupunun ikincisi Qazaxıstanla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları 8-9 fevral tarixlərində keçiriləcək.
Avropa çempionatının 1/4 final mərhələsinin cütlükləri aşağıdakı kimidir:
Serbiya - Ukrayna
Portuqaliya - İspaniya
Rusiya - Azərbaycan
Qazaxıstan - İtaliya


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi