azia.az
azia.az

Rusiyalı futbolçuları Türkiyədə gül-çiçəklə qarşılandı

16-02-2016, 10:59

Rusiyalı futbolçuları Türkiyədə gül-çiçəklə qarşılandı Çərşənbə günü, fevralın 16-sı Bakı vaxtı ilə 21:00-da İstanbuldakı «Şükrü Saraçoğlu» stadionunda yerli «Fenerbahçe» ilə Moskvanın «Lokomotiv» futbol klubları arasında Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunu başlayacaq.
Bu axşam Rusiya futbolçuları İsdtanbula gəliblər. Türkiyə klubunun təmsilçiləri rəqiblərini hava limanında gül-çiçəklə qarşılayıblar.
«Fenerbahçe» klubunun rəhbərliyi komandanın tərəfdarlarından oyun vaxtı stadionda siyasi şüarlar səsləndirməməyi xahiş edib.
Hazırkı vəziyyəti nəzərə alaraq, oyun xüsusi maraq və başa düşülən ehtiyatla gözlənilir. Cavab görüşü fevralın 25-də Moskvada olmalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi