azia.az
azia.az

İSVEÇDƏ ERASMUS+ “EQAC” TƏLİMLƏRİ KEÇİRİLDİ

16-10-2018, 08:13

İSVEÇDƏ ERASMUS+ “EQAC” TƏLİMLƏRİ KEÇİRİLDİ
İSVEÇDƏ ERASMUS+ “EQAC” TƏLİMLƏRİ KEÇİRİLDİ

Azərbaycan Texnologiya Universitetinin tərəfdaş olduğu Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” layihəsinin növbəti təlimləri baş tutub.

Bakı Biznes Universitetinin koordinatoru olduğu layihənin təlimləri 27-31 avqust tarixlərində İsveçin Kral Texnologiya Universitetində (Stokholm) keçirilib.

Təlimlərdə Azərbaycan Texnologiya Universiteti ilə yanaşı ölkəmizin müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib.

Təlimlər zamanı krallığın mütəxəsisləri ali təhsildə keyfiyyətin təminatı ilə bağlı İsveç modeli, eləcə də Kral Texnologiya Universitetində tədbiq olunan metodlara dair geniş təqdimatlar edib, öz təcrübələrini bölüşüblər. 5 gün davam edən təlimlərin sonunda iştirakçılara Kral Texnologiya Universiteti tərəfindən hazırlanan sertifikatlar təqdim olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi