azia.az
azia.az

Bakı və Sumqayıtda avtobus piyadaları vuraraq öldürüb

22-10-2018, 11:13

Bakı və Sumqayıtda avtobus piyadaları vuraraq öldürüb

Bakı və Sumqayıt şəhərlərində marşrut avtobusu piyadaları vuraraq öldürüb.

Daxili İşlər Nazirliyindən Azia.Az- a verilən məlumata görə, oktyabrın 19-da saat 11:00 radələrində Sabunçu qəsəbəsi ərazisində Maştağa qəsəbə sakini Zaur Quliyev idarə etdiyi “Daewoo” markalı, 131 saylı xətt avtobusu ilə yolu keçən Zabrat qəsəbə sakini Aysel Məmmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Analoji hadisə Sumqayıtda da qeydə alınıb. Oktyabrın 19-da saat 07:00 radələrində Sumqayıt şəhərinin Babək küçəsində Abşeron rayon sakini Ramiz Abbasov idarə etdiyi “Hyundai” markalı, 522 saylı xətt avtobusu ilə yolu keçən 50-55 yaşlı kişini vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi