azia.az
azia.az

Samuxda avtomobil 11 yaşlı piyadanı vuraraq öldürüb

9-06-2017, 22:23

Samux rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini Şammədov Bilal “VAZ 2109” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 2006-cı il təvəllüdlü İsmayılov Sübhan Mehman oğlunu vurub. 11 yaşlı uşaq hadisə yerində keçinib.

Faktla bağlı Samux rayon Polis İdarəsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi