azia.az
azia.az

Ramil Usubov işdən çıxardığı rəisə yüksək vəzifə verdi

26-09-2018, 14:07

Ramil Usubov işdən çıxardığı rəisə yüksək vəzifə verdi
Ramil Usubov işdən çıxardığı rəisə yüksək vəzifə verdi

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovniki Ramil Usubov Goranboy rayon polis şöbəsinin sabiq rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlunu yeni vəzifəyə təyin edib.

Ramil Usubovun müvafiq əmri ilə F.Azadəliyev Bakı Baş Polis İdarəsinin Əməliyyat Statistik İnformasiya şöbəsinin rəisi təyin olunub.

Azia. az Unikal.org-a istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov təsdiqləyib.

Xatırladaq ki, F.Azadəliyev 2014-cü ilin fevral ayından Goranboy rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Bu ilin fevral ayında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Azadəliyev Fəqan Cəbrayıl oğlu tutduğu vəzifədən azad edilib, sərəncama götürülmüşdü./unikal.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi