azia.az
azia.az

Bakıda 47 ilin maşını 25 min dollara satılır

11-02-2016, 10:11

Bakıda 47 ilin maşını 25 min dollara satılır Bakıda 1969-cu ilin istehsali olan "Qaz-21" markalı retro avtomobil satışa çıxarılıb. Bu avtomobil modellərin sonuncusu hesab olunur.
Sükanı və bir çox detalları fil sümüyündən olan avtomobil satışa çıxarılıb. Söhbət 1969-cu ildə sifarişlə istehsal olunan "QAZ-21" markalı avtomobildən gedir.
Maşının bütün detalları özününküdür, sonradan əlavə olunmayıb. 47 ilin maşını 25 min dollara satılır.
Vaqif Qurbanov deyir ki, avtomobilin salonu, mühərrik yeri və baqajı əla vəziyyətdədir.
Vaqif Qurbanov bu avtomobili 9 il əvvəl alıb. Onun yeni sahibinin çox şanslı biri olacağını deyir. Çünki şəhərdə maşını görənlər məlumat almaq və onu heç olmasa bir dəfə idarə etmək üçün dəridən-qabıqdan çıxırlar.
Maşının üzərindəki dövlət nömrə nişanı satılmır. 25 min dollarindan keçib retro avtomobilə sahib olan şəxsə 021-lə başlayan nömrə hədiyyə olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi