azia.az
azia.az

Dövlət Əmək Müfəttişliyi xarici şirkət direktorunu cərimələyə bilmədi

11-02-2016, 10:00

Dövlət Əmək Müfəttişliyi xarici şirkət direktorunu cərimələyə bilmədi Bu gün Bakı Apellyasiya Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin “Nokia Solutions and Networks Baku” MMC-nin direktoruna qarşı şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
Prosesdə şikayət araşdırılsa da, təmin edilməyib.

Xatırladaq ki, Dövlət Əmək Müfəttişliyi “Nokia Solutions and Networks Baku” MMC-nin direktoru Çili Mehmet Ozanın barəsində İnzibati Xətalar Məcəlləsinin 54.0.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib. Lakin Çili Mehmet Ozan həmin qərarın müddətinin keçdiyini əsas gətirərək qərara xitam verilməsini istəyib. O, bununla bağlı Nərimanov rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun iddiasını təmin edib. Qərarla razılaşmayan müfəttişlik isə apellyasiya şikayəti verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi