azia.az
azia.az

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi yekunlaşıb

22-06-2016, 00:03

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi yekunlaşıb Bu ilin fevral ayından start götürən əsaslı şəkildə təkmilləşdirilmiş I və V sinif, eləcə də yeni yaradılmış IX sinif dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi başa çatıb.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, ümumilikdə I, V və IX siniflər üzrə 77 dərslik layihəsi sayta yüklənib. Həmin dərslik layihələrinə dair 1544 rəy və təklif daxil olub. Daxil olan rəylərin 91 faizi IX sinif, 6 faizi V sinif, 3 faizi isə I sinif dərslik layihələrinə aiddir.

IX sinif dərslik layihələri içərisində ən çox rəy və təklifin daxil olduğu layihə Azərbaycan dili (tədris dili) dərslik layihəsi (13,3 faiz), ən az rəy və təklifin daxil olduğu layihə isə Fransız dili dərslik layihəsi (0,1 faiz) olub.

Daxil olan rəy və təkliflərdə irad, tövsiyə, müsbət və tənqidi xarakterli fikirlərə rast gəlinib. Bütün rəy və təkliflər operativ şəkildə dərslik layihəsini hazırlamış müvafiq nəşriyyat-poliqrafiya müəssisələrinə çatdırılıb. Həmin fikirlərin əsasında nəşriyyatlar və müəlliflər tərəfindən dərslik layihələri üzərində müvafiq təkmilləşdirmələr aparılıb. Bəzi fikirlər isə nəşriyyatlar və müəlliflər tərəfindən qəbul edilməyib.

Xatırladaq ki, dərslik layihələrinə dair rəy və təkliflər Təhsil Nazirliyinin e-resurs.edu.az saytı və [email protected] elektron poçtu vasitəsilə qəbul edilib.
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi yekunlaşıb


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi