Tacikistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru MEK-də olub
Tacikistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru MEK-də olub
Tacikistan Milli Elmlər Akademiyasının İndira Qandi adına Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Şodiməhəmməd Sufizadə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub. Qonaq MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovla görüşüb.
Görüş zamanı iki ölkənin elmi kitabxanaları arasında əlaqələrin genişləndirilməsi, kitabxana-informasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsi və müasir kitabxana xidmətlərinin tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb.
MEK-n direktoru Hüseyn Hüseynov kitabxananın fəaliyyəti, zəngin informasiya resursları, rəqəmsallaşma istiqamətində həyata keçirilən layihələr, elektron xidmətlər və süni intellekt texnologiyalarının kitabxana işində tətbiqi barədə məlumat verib. O, beynəlxalq əlaqələrin genişləndirilməsinin, elmi informasiya resurslarına əlçatanlığın artırılmasının və qabaqcıl təcrübələrin paylaşılmasının əhəmiyyətini vurğulayıb.![]()
Professor Şodiməhəmməd Sufizadə vurğulayıb ki, Tacikistanın aparıcı elmi-informasiya müəssisələrindən biri olan İndira Qandinin adına Mərkəzi Elmi Kitabxana elmi ədəbiyyatın mühafizəsi və tədqiqatçıların informasiya təminatı ilə yanaşı, elektron resursların formalaşdırılması, nadir nəşrlərin rəqəmsallaşdırılması və elmi-biblioqrafik fəaliyyət istiqamətlərində də iş aparır. Həmçinin qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olacağını da qeyd edib.
Müzakirələr zamanı kitabxanalar arasında əməkdaşlığın sistemli şəkildə qurulması, məqsədilə memorandumun imzalanması barədə razılıq əldə edilib. Sonda direktor Hüseyn Hüseynov müəllifi olduğu kitabları qonağa hədiyyə edib. Qonaq da öz növbəsində MEK-ə öz nəşrlərini təqdim edib.
İctimaiyyətlə əlaqələr şöbəsi