azia.az
azia.az

“Azərbaycan əsgəri qəhrəmandır” - Prezident İlham Əliyev

5-04-2016, 14:26

“Azərbaycan əsgəri qəhrəmandır” - Prezident İlham Əliyev “Siz Vətən uğrunda döyüşmüsünüz, yaralanmısınız. Vətən bunu yüksək qiymətləndirir, Azərbaycan xalqı sizinlə fəxr edir”.

APA-nın məlumatına görə, bunu bu gün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev deyib. Dövlət başçısı Ali Baş Komandan kimi yaralı əsgərlərə minnətdarlıq edib: “Siz döyüşlərdə yaralanmısınız, ancaq qələbə qazanmısınız. Azərbaycan ordusu düşmən ordusuna layiqli cavab verdi, düşmən təxribatının qarşısını aldı. Təmas xəttində yaranmış vəziyyət onu göstərir ki, doğurdan da Azərbaycan ordusu, Azərbaycan zabiti, Azərbaycan əsgəri qəhrəmandır. Ərazi bütövlüyümüzün bərpası hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Sizin kimi övladlar Vətənin şöhrətini ucaldırlar. Sizin apardığınız hərbi əməliyyatlar gələcəkdə hərbi kitablarda əksini tapacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi