azia.az
azia.az

"Bu ittifaq Azərbaycan SSR-in bütün ərazilərinə nəzarəti Bakıya qaytarır" - Baqdasaryan

7-09-2021, 19:18

"Bu ittifaq Azərbaycan SSR-in bütün ərazilərinə nəzarəti Bakıya qaytarır" - Baqdasaryan
Ermənistanın görməli, gəzməli yerlərindən bəhs edən yeni reklam kliplərini çəkmək üçün kanallara ölkənin dövlət büdcəsindən külli miqdarda vəsait xərcləyirlər. Ermənistan hökuməti telekanallara bunu etməyə ona görə məcbur etdi ki, köhnə analoji reklam kliplərində yer alan “arsax”la bağlı bütün kadrlar itsin.

Azia.az xəbər verir ki, bu fikirləri erməni politoloq Armen Baqdasaryan bölüşüb.

Onun sözlərinə görə, yeni kliplərin çəkilişlərinə artıq başlanılıb.

“Əgər əvvəllər kliplərdə Şuşadan, Ağvəngdən (Gəncəsər) kadrlar var idisə, müxtəlif “erməni abidələri” görüntülənirdisə, yeni videolarda bütün bunlar olmayacaq”, – deyə erməni politoloq vurğulayıb.

O, həmçinin qeyd edib ki, Azərbaycan və Türkiyə ittifaqı keçmiş Azərbaycan SSR-in qalan ərazilərinin hamısının rəsmi Bakının nəzarətinə qəti şəkildə qaytarılması üçün güclü mexanizmlər yaradır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi