azia.az
azia.az

Gözdəki dəyişikliklər hansı xəstəliyin əlamətidir? - Oftalmoloqdan təəccübləndirən açıqlamalar

7-12-2017, 17:54

"Bir neçə dəqiqəlik göz müayinəsi ilə müəyyən orqanların necə fəaliyyət göstərdiyini öyrənmək mümkündür”.

Azia.az xəbər verir ki, Bu sözləri Medicina.az-a açıqlamasında Acıbadem Kocaeli Xəstəxanasının oftalmoloqu Azmiyye Altınışık deyib. Həkim bildirib ki, sağlığından əmin olmaq istəyənlər üçün ən asan üsul göz müayinəsindən keçməkdir.

"Hansısa boya maddəsi, rentgen şüası istifadə edilmədən gözdəki damar quruluşundan pasiyentin böyrək, mədə-bağırsaqdakı, hətta beyində gedən mənfi proseslər haqqında məlumat almaq olar”, - deyə həkim bildirib.

Oftalmoloq, eynək nömrəsini tez-tez dəyişən pasiyentdə diabet xəstəliyinin yarana biləcəyini qeyd edib.

Bundan başqa, o bildirib ki, göz böyüməsi tiroid vəzinin normada olmadığının göstəricisi ola bilər.

Azmiyye, Beyin Multiple sklerozun (MS) diaqnozu çətin qoyulan xəstəlik olduğunu, lakin ilk əlamətin gözdə müşahidə edilə biləcəyini əlavə edib: "Keçici cüt görmələr, görmənin itirilməsi bu əlamətlər sırasındadır. Göz həkiminə gələn xəstə, MS diaqnozu ilə nevropotoloqa yönləndirilir. Bir növ göz, beynin içini görməyə fürsət verir. Görmə sinirindəki ən incə dəyişikliklər beyindəki şişin xəbərçisi belə ola bilər”.

Həkimin sözlərinə görə, bir neçə kiçik testlər vasitəsilə şişin yerini belə təyin etmək mümkündür: "Gözün çöl tərəfində bəzən bir halqa yaranır. Xolestrolu çox olan xəstələr kimi, qaraciyər xəstələrində də ilk əlamət gözdə müşahidə edilə bilər”.

Körpələrdə "Qarasu" və ya "göz təzyiqi" olaraq bilinən problem əslində glokom xəstəliyidir. Xəstəliyin qan azlığından əziyyət çəkən və qol təzyiqi aşağı olan uşaqlarda gizli şəkildə irəlilədiyini bildirən Azmiyyə Altınışık, yaşlıların da bu xəstəliyə yoluxa biləcəyini ifadə edib. Bildirib ki, görmə qabiliyyətinin tam itirilməməsi üçün xüsusilə uşaqlarda bu növ xəstəliklərə diqqətlə yanaşılmalıdır.

"Dünyada korluğa səbəb olan xəstəliklərin başında yer alan glokom, minyonlarca insana təsir göstərir. Göz içində daimi istehsal olunan mayenin bitməsi, göz təqyiqinin artması nəticəsində sinirlər yavaş-yavaş canlılığını itirir. Daha çox 40 yaşını keçmiş insanlarda rat gəlinir. Xəstəlik olduqca yavaş irəlilədiyi üçün pasiyentdə bununla bağlı şikayət yaranmır. Göz korluğu olduqdan sonra bunun bərpası mümkün olmur. Bu səbəbdən erkən qoyulan diaqnoz faydalıdır və effekt verir”, - deyə oftalmoloq əlavə edib.

Həkimin sözlərinə görə, şiddətli göz ağrısı, bulanıq görmə, gözdə qızarıqlıq, sulanma və qusma ilə görülən əlamətlər glokomun digər bir növüdür: "Çox zaman insanlar bunu başqa problemlə əlaqələndirdikləri üçün diaqnoz çox gec qoyulur. Ancaq bu kimi hallarda təcili müalicə şərtdir. Bu şikayətlərin uşaqlarda da rast gəlinməsi mümkündür”.

Şəhanə Quliyeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi