azia.az
azia.az

Bakıda koronavirusa yoluxanların faizi azalıb — SON RƏQƏMLƏR

22-05-2020, 14:29


Bakıda koronavirusa yoluxanların faizi azalıb — SON RƏQƏMLƏR
Azərbaycanda koronavirusa yoluxma üzrə son faiz göstəriciləri açıqlanıb.
Bakıda koronavirusa yoluxanların faizi azalıb — SON RƏQƏMLƏR
Azia.az koronavirusinfo.az saytındakı rəsmi göstəricilərə əsasən xəbər verir ki, hazırda ölkədəki yoluxanların ümumi sayına görə Bakının payı azalıb. Belə ki, mayın 3-də Bakıda yoluxanlar ümumi yoluxanların 52, 1 faizini təşkil edirdisə, mayın 10-da bu rəqəm 45,3 faizə enib. Buna baxmayaraq, paytaxt yenə də ümumi statistikada ilk yerdədir.

Ölkə üzrə yoluxanların 14,1 faizi Gəncə-Qazaxda, 10 faizi Lənkəranda, 9,5 faizi Aranda, 5,6 faizi Abşeronda, 2 faizi Quba-Xaçmazda, 1,2 faizi Şəki-Zaqatalada, 1,2 faizi Dağlıq Şirvanda, 0,9 faizi Yuxarı Qarabağda, 0,2 faizi Naxçıvan Muxtar Respublikasındadır.

Qeyd edək ki, son rəqəmlərə görə, Azərbaycanda virusa yoluxanlar 2422 nəfərdir. Onlardan 1620 nəfəri sağalıb, 31 nəfəri ölüb, 771 nəfəri aktiv koronavirus xəstəsidir. İndiyədək 188,950 müayinə aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi