azia.az
azia.az

Azərbaycanda 53900 yeni iş yeri açılıb

18-05-2019, 15:02


Birinci rüb ərzində Azərbaycanda 53,9 min yeni iş yeri açılıb.
Azərbaycanda 53900 yeni iş yeri açılıb
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 25,4 faizi qeyri-dövlət sektorundadır. Yeni iş yerlərinin 72,9 faizi Bakı şəhərinin, 0,4 faizi Naxçıvan Muxtar Respublikasının, 26,7 faizi digər regionların, o cümlədən 7,4 faizi Aran, 6,5 faizi Lənkəran, 4,6 faizi Gəncə-Qazax, 2 faizi Yuxarı Qarabağ, 1,8 faizi Abşeron, 1,8 faizi Şəki-Zaqatala, 1,8 faizi Dağlıq Şirvan, 0,7 faizi Quba-Xaçmaz, 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

İş yerlərinin 55 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 25,3 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 19,4 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 65,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 8,4 faizi tikinti, 7,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,2 faizi emal sənayesi, 1,8 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,2 faizi informasiya və rabitə, 1,1 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 1,1 faizi təhsil, 1,1 faizi peşə, elmi və texniki fəaliyyət, 4,3 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, cari ilin yanvar-mart aylarında ölkədə 3,4 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 39,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 40,2 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 59,8 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi