azia.az
azia.az

Kimlərə zəncəfil qəti olmaz? – Saçları tökə bilər

28-01-2020, 19:33


İndi hər kəs zəncəfildən istifadə edib, sağlamlığının qeydinə qaldığını düşünür. Amma çox faydalı olduğu deyilən zəncəfilin də bir çox insanlara zərəri var.

Azia.az zəncəfilin əks göstəriş olduğu xəstələri təqdim edir.

-Çox arıq, çəkisi az, anoreksiyadan əziyyət çəkənlərə

Zəncəfil kök, piylənmədən və diabetdən əziyyət çəkənlər üçün arıqladıcı kimi yaxşıdır. Amma çəkisi normadan az olan insanlarda zəncəfil kökü əzələləri zəiflədir, menstrual tsikli pozur, saçları tökür, vitaminsizliyi artırır.

-Hamiləlikdə

Zəncəfildə əzələni yığan maddə var. Bu da uşaqlıq üçün zərərlidir. Hamiləlik zamanı düşük və vaxtından əvvəl doğuma səbəb ola bilər. Xüsusən 7ci aydan sonra zəncəfilli istənilən qidadan imtina etmək lazımdır.

-Qan xəstəliklərində

Hemofiliya, dializ, leykoz, talassemiya, anemiya zamanı zəncəfil olmaz. Qanda laxtalanma problemi varsa, zəncəfil daxili qanaxmanı artıra bilər.

-Bu xəstəliklərdə dərman qəbulu zamanı

Yüksək təzyiq və diabet xəstələrinin qəbul etdiyi insulin, aspirin, təzyiq dərmanları ilə birgə zəncəfil qəbulu onların effektivliyini azaldır, müxtəlif əks təsirlər yaradır. Aspirin qəbul edənlər zəncəfil istifadə etməməlidir, yoxsa qan lap durular.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi