azia.az
azia.az

Müğənni Adel biznesmen Saymon Konnekki ilə ailə qurub

17-03-2016, 18:00

Müğənni Adel biznesmen Saymon Konnekki ilə ailə qurub Hər iki tərəf bu barədə şərh verməyib.

Dünya şöhrətli müğənni Adel ailə qurub. Britaniya mətbuatında ifaçının biznesmen Saymon Konnekki ilə gizli evlənməsi haqda xəbər yayılıb. Məlumdur ki, 27 yaşlı ifaçı şəxsi həyatından danışmağı sevmir.
Bir müddət əvvəl tanınmış müğənni jurnalistlərin Saymon ilə evlənməsi haqda sualına belə cavab verib: “Biz münasibətlərimizi rəsmləşdirməyi fikirləşmirik. Bizim uşaqlarımız var. Məncə, bu, daha vacibdir”. Məlumata görə, Saymon Adelə Milad bayramı zamanı evlilik təklifi edib. Lakin cütlük bu məlumatı şərh etmir.
Adel və Saymonun 3 yaşlı Ancelo adlı oğlu var.
Adelin övladı dünyaya gəldikdən sonra o, sənətdən bir müddət uzaqlaşıb. Onun 2011-ci ildə təqdim etdiyi "21" adlı albomu 11 milyondan çox nüsxədə satılaraq "Bilboard" və "Rolling Stones" hit-paradlarının versiyası üzrə ilin albomu seçilib. Adel 10 "Qremmi", 5 "Brit Awards" və həmçinin "Qızıl Qlobus" və "Oskar"mükafatlarının sahibidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi