azia.az
azia.az

Tanınmış şairin qızı İTV-dəki vəzifəsindən uzaqlaşdırıldı

2-03-2016, 20:18

Tanınmış şairin qızı İTV-dəki vəzifəsindən uzaqlaşdırıldı Görkəmli şair Məmməd İsmayılın qızı İntizar İsmayıl İTV-dəki vəzifəsindən azad olunub.

Gün.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə İntizar İsmayılın özü məlumat verib.
İntizar İsmayıl deyib ki, işdən çıxarılmasına səbəb atasının AzTV-nin rəhbəri Arif Alışanov haqqında verdiyi açıqlama olub. Məhz bu açıqlamadan sonra onunla bağlanan müqaviləyə xitam verilib.
İntizar İsmayıl İTV-də böyük redaktor vəzifəsində çalışırmış.
Xatırladaq ki, görkəmli şair, 1992-1993-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin sədri vəzifəsində çalışmış Məmməd İsmayıl AzTV sədri Arif Alışanovu nəzərdə tutaraq bildirmişdi ki, mühasibdən televiziya rəhbəri olmaz.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi