azia.az
azia.az

"Mən şou-biznesin kleopatrasıyam" - Əməkdar artist

29-02-2016, 11:59

"Mən şou-biznesin kleopatrasıyam" - Əməkdar artist "Mən şou-biznesin kleopatrasıyam. Biri var özün-özünə bu adı verəsən, gülməli çıxar. Biri də var sənə insanlar bu adı verir". Bu sözləri əməkdar artist Mətanət İsgəndərli deyib. İfaçı bildirib ki, bu titulu 20 ildən çoxdur ki, daşıyır:
"Təxminən 20 ildir ünvanıma bu adı eşidirəm. İlk solo konsertimdə kleopatra obrazında fotosessiyam oldu. Əvvəldən bilmirdim ki, afişalarda mən bu fotolarla təqdim ediləcəm. Konsertdən sonra səhnəyə kleopatra kimi çıxmaq təklifləri gəldi. Yalançı ilan da tapıb gətirdilər ki, boynuma dolandırım".
Əməkdar artist səhnədə kleopatranı oynayan xalq artisti Məleykə Əsədova barədə də danışdı: "O, teatrın səhnəsinin kleopatrasıdır, mən isə öz sənətimin kleopatrasıyam. Bu obrazın kimə daha çox yaraşıb yaraşmadığını sevənlərimiz deyə bilər".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi