azia.az
azia.az

İlhamə Quliyevanın keçmiş köməkçisi apelyasiya şikayəti verdi

15-02-2016, 11:54

İlhamə Quliyevanın keçmiş köməkçisi apelyasiya şikayəti verdi Xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərardan apellyasiya şikayəti verib.
Bu barədə Report-a M.Hüseynovanın vəkili Vasif Mirzəyev bildirib. O bildirib ki, Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Müraciətdə M.Hüseynovanın ev dustaqlığına buraxılması barədə iddianın təmin edilməsi də istənilib.
Qeyd edək ki, xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 2015-ci ilin oktyabr ayında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29, 180-cı (Soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Fevralın 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi