azia.az
azia.az

"Qarabağ motal pendiri” və şor məhsulundan bakterioloji çirklənmə faktı aşkar olunub

15-09-2018, 09:28

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məşhur şirkətin məhsullarında bakterioloji çirklənmə faktı aşkar edib.

AQTA-dan BakuPost-a verilən məlumata görə, agentliyin mütəxəssisləri tərəfindən həyata keçirilən qida təhlükəsizliyi üzrə yoxlama tədbirləri çərçivəsində "BMS Aqro” MMC tərəfindən istehsal olunmuş və satış şəbəkələrində "Ketchi” əmtəə nişanı altında satılan "Qarabağ motal pendiri” və şor məhsulundan müayinələr üçün nümunələr götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aparılan müayinələr nəticəsində həmin məhsullarda bakterioloji çirklənmə faktı aşkar olunub.

Qeyd olunanları nəzərə alaraq, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "BMS Aqro” MMC-yə "Ketchi” əmtəə nişanı altında satılan "Qarabağ motal pendiri” və şor məhsulunun ticarət şəbəkələrindən yığışdırılması, istehsalının dayandırılması ilə bağlı xəbərdarlıq edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi