azia.az
azia.az

İlham Əliyev Məhəmməd Yunusu qəbul edib

19-06-2016, 07:05

İlham Əliyev Məhəmməd Yunusu qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusu qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Məhəmməd Yunus Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük inkişaf proseslərinin getdiyini vurğuladı, ölkəmizdə müsbət dəyişikliklərin onda dərin təəssürat yaratdığını deyib. Məhəmməd Yunus Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işləri də yüksək dəyərləndirib.

Ölkəmizin müstəqillik dövründə əldə etdiyi nailiyyətlər və bu müddət ərzində görülən işlərdən danışan dövlətimizin başçısı 25 illik dövrün Azərbaycan üçün iqtisadi transformasiya dövrü olduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanda bütün sahələrdə, xüsusilə iqtisadi sahədə geniş miqyaslı islahatların həyata keçirildiyini deyib. Son dövrlər neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış vəziyyətə toxunan dövlətimizin başçısı iqtisadiyyatın şaxələndirilməsi və neftdən asılılığın azaldılması istiqamətində görülən işlərin müsbət nəticələr verdiyini vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi