azia.az
azia.az

Müəllim maaşı dərs saatına görə hesablanmamalıdır - komitə sədri

Bu gün, 15:11

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov müəllimlərin əməkhaqqının dərs saatına görə hesablanması əvəzinə, tam iş günü əsasında ödənilməsini təklif edib.

Bu barədə o, Modern.az və AzEdu.az-a müsahibəsində bildirib.

Komitə sədri müəllimlərin məktəbdən əlavə repetitorluğa üz tutmasını gəlirlərinin yaşayışlarını təmin etməməsi ilə əlaqələndirib. Onun fikrincə, çıxış yollarından biri məktəbdə müəllimlərin maaşının beş-altı dəfə artırılması ola bilər.

“Ümumiyyətlə müəllim saathesabı deyil, saat 9-dan 6-a dək işləyənlər kimi ödəniş almalıdır”, – Anar İsgəndərov bildirib.

Deputat repetitorluğun qanunla qadağan edilməsinə də qarşı çıxıb. O, müəllimin evində şagird hazırlamasına mane olunmasını düzgün hesab etmədiyini, bu fəaliyyət üzrə vergi ödənilməsinin isə əleyhinə olmadığını deyib.

Anar İsgəndərovun sözlərinə görə, yüksək əməkhaqqı müəllimlik peşəsinə marağı da artıra bilər. O, gənclərin dövlət qulluğuna yönəlməsində maaş amilinin rol oynadığını qeyd edərək müəllimliyə də eyni yanaşmanın tətbiqini təklif edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi