azia.az
azia.az

“Şagirdlərin məktəbli formasında təhsil müəssisəsinə gəlməsi vacibdir”-Əməkdar artist

Bu gün, 09:04

“Mən də məktəbli olmuşam. Düzdür, məktəbli vaxtım Sovet dövrünə düşüb, ancaq bizdə də vahid forma var idi və bu çox gözəl də görünürdü. Hamı çox səliqəli, eyni formada məktəbə gəlirdi, hətta saçlarımıza ağ lentlər bağlayırdıq. Bunlar mütləq idi və çox səliqəli, gözəl görünürdü. Hazırda tətbiq edilən vahid geyim forması dövlətin qanunlarına əsaslanır”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar artist Sənubər İsgəndərli məktəblərdə tətbiq olunan vahid geyim forması və hicab ətrafında gedən müzakirələr barədə danışarkən deyib.
 
O qeyd edib ki, şagirdlərin məktəbli formasında məktəbə getməsi daha yaxşı olar: “Dövlətimiz dindən ayrıdır. Dinimiz İslamdır, hörmətimiz və sevgimiz var. Bu, öz yerində, amma məsələləri şişirtmək o qədər də lazım deyil. Şagirdlərin məktəbli formasında təhsil müəssisəsinə gəlməsi daha vacibdir. Yəni dövlətin qoyduğu qanundur və bu qanuna da riayət olunmalıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi