azia.az
azia.az

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçılarının Laçına səfərləri başa çatıb

Bu gün, 15:52

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçılarının Laçına səfərləri başa çatıb

"İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarının Laçına səfərləri başa çatıb.

"Azia.az"  report-a istinadən xəbər verir ki, iştirakçılar səfər çərçivəsində yenidən bərpa edilən Zabux kəndində olublar. Zabux kəndinə gedən qonaqlar, burada yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, işğaldan azad edildikdən sonra Zabux kəndi yenidən bərpa edilib. Kənd sakinlərinin doğma yurdlarına daimi qayıdışı təmin edilib.

Səfərin yekununda qonaqlar Həkəri çayının sahilinə gəliblər. Onlara işğaldan azad edildikdən sonra yaradılan şəraitlə tanış ediblər.

Sonda xatirə fotoları çəkilib.

Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Konfrans "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusuna həsr olunub.

































OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi