azia.az
azia.az

Xalqın qəlbində Ali Baş Komandanına olan ümid və güvən sonsuzdur - MÜRACİƏTLƏR

3-12-2020, 18:05

Xalqın qəlbində Ali Baş Komandanına olan ümid və güvən sonsuzdur - MÜRACİƏTLƏR

Azia.Az xəbər verir ki, Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı və tarixi zəfərlə nəticələnmiş əməliyyatlar birmənalı olaraq alqışlanır və ölkə başçısına böyük dəstək ifadə olunur.

Müraciət edənlər bildirirlər ki, Prezidentin xalq üçün gördüyü işlər sadəcə bu zəfərlə kifayətlənmir. Ali Baş Komandanın xalqın xeyrinə yüzlərlə önəmli işləri olub. Şanlı qələbə tariximizə qızıl hərflərlə əbədi həkk edilib. İşğal altında olan müqəddəs torpaqlarımızı mənfur erməni tör-töküntülərindən, iblis xislətli erməni faşizmindən, insanlıqdan, humanizm və sivil düşüncə tərzindən uzaq cəlladlardan azad etdiyi üçün xalq Ali Baş Komandana minnətdarlıq edir.

Döyüş meydanında və danışıqlar masası arxasında yenilməz iradə, siyasi müdriklik və əzm nümayiş etdirərək qazandığı möhtəşəm Qələbə Azərbaycan xalqında özünə inam formalaşdırdı, hər bir azərbaycanlının qəlbində və vicdanında Ali Baş Komandanına olan ümid və güvəni daha da yüksəltdi.

Müraciətlərdə qeyd edilir ki, biz çox xoşbəxt xalqıq, çünki, Ali Baş Komandan kimi əvəzolunmaz Liderimiz var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi