azia.az
azia.az

Uşaq pulu hansı ailələr üçün bərpa olunur?

24-09-2020, 18:46

Uşaq pulu hansı ailələr üçün bərpa olunur?

Son dövrlər müzakirə olunan məsələlərdən biri uşaqpulunun bərpasıdır. Hətta bu məsələ Milli Məclisin müvafiq komitələrində də müzakirə olunmaqdadır. Uşaqpulu ilkin olaraq hansı ailələr üçün bərpa oluna bilər?

Azia.Az xəbər verir ki, deputat Ramil Həsən bildirib ki, Milli Məclisin deputatları olaraq həm seçki kampaniyası həm də seçicilərimizlə görüşlər zamanı vətəndaşlarımız tərəfindən qaldırılan məsələ ünvanlı sosial yardım əvəzinə uşaq pulunun verilməsidir:

"Əhalinin və görüşdüyümüz insanların hər birinin istəyi uşaqpulunun yenidən bərpasıdır. Bunun üçün dünyada mövcud olan praktikalara nəzər salmaq lazımdır. Belə ki, dünyada bunun bir neçə forması tədbiq edilməkdədir. Həmin praktikaların biri olan ünvanlı sosial yardımdır. Onu da Azərbaycan hazırda tədbiq etməkdədir. Digəri isə uşaqpuludur. Avropa ölkələrində hər ikisi də tədbiq olunmaqdadır. Əlbəttə mütəxəssislər bununla bağlı araşdırmalar və analizlər edərək doğru qərarı verəcəklərindən əminəm. Uşaqpulu bərpa edilən zaman da müəyyən məsələr diqqətə alınmalıdır.

Bilirsiniz ki, bu gün Azərbaycanda maddi tərəfdən tam təmin olunan aztəminatlı ailələr var. Maddi cəhətdən heç bir çətinliyi olmayan ailəyə uşaqpulunun verilməsinin heç bir mənası yoxdur. Əlbəttə maddi çəhətdən çətinlik çəkən ailələrin uşaqlarının necə müəyyənləşə biləcəyi ilə bağlı iqtisadi ekspertlər daha yaxşı bilər.Sadəcə mənim fikrimcə uşaqpulunun bərpası müzakirə olunmalı və bununla bağlı məsələ öz həllini tapmalıdır".

Deputat qeyd edib ki, dövlətimiz hər zaman dövlətinin yanındadır:

"Bilirsiniz ki, Azərbaycan sosial dövlətdir. Başda ölkə başçısı cənab İlham Əliyev olmaqla Azərbaycan dövləti hər zaman vətəndaşının qayğısına qalmaqdadır. Pandemiya dövründə və sonrası üçün dövlətimizin proqramları mövcuddur. Milli Məclisin deputatları və komitələri vətəndaşların bununla bağlı arzu və istəklərini mütəmadı müvafiq orqanlara çatdırırıq.

Əminəm ki, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər qurumlar ciddi araşdırmalar edib, sosial rəyi də nəzərə alaraq ölkəmizin xüsusilə də insanlarımızın xeyirinə ola biləcək qərarlar qəbul edəcəklər".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi